Skip to content

    Application period has ended (3/30/2020). Services: 118 open vacancies

    Vacancy

    Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı Layihəsinə  SOSİAL İŞÇİ

    3/23/2020Deadline: 3/30/2020Baku, Azerbaijan

    Description

     

     


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı Layihəsinə 


    SOSİAL İŞÇİ


       vəzifəsinə iş elanı verir:

     

    Sosial işçi Qısa Müddətli Qayğı Layihəsi çərçivəsində qayğı görən uşaqlarla sosial işin təşkilini həyata keçirir.



    PROFİLİNİZ:

     

    • Sosial iş sahəsində ali təhsil;
    • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; 
    • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
    • Sosial və təşkilati bacarıqlar;
    • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
    • Fərdi və komandada işləmək istəyi və bacarığı;
    • Stress altında işləmək bacarığı;
    • Kompüter  biliyi (MS Office);



    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Hədəf qrupundan olan uşaqların və ailələrin ilkin qiymətləndirməsi:
    • Hədəf qrupu olan uşağın QMQL-ə qəbul prosesini dəstəkləmək;
    • Uşaqların Əsaslı Qiymətləndirilməsini aparmaq və Fərdi İnkişaf Planını tərtib etmək
    • Fərdi İnkişaf Planının icrasına dəstək olmaq və daimi  nəzarət etmək;
    • Keyslərə baxış prosesini həyata keçirmək;
    • Uşaqların bioloji ailələrinə qaytarılması üçün ailələrə dəstək olmaq;
    • Bioloji ailəsinə qaytarılmış uşaqların 1 il ərzində monitorinqini aparmaq; 
    • Keys Menecment proseduruna bioloji ailələri də cəlb etmək;
    • Keys Menecment prosedurunun sənədləşmə işini aparmaq.




    İŞ ŞƏRTLƏRİ:

     

    • Ərazi – Bakı şəhəri;
    • 400-450 AZN (vergilər daxil) əmək haqqı;
    • Həftədə 2 gün istirahət;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 30 Mart 2020-ci il tarixədək “Bakı SOS UK_QMQL/Sosial İşçi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Əlaqə nömrəsi: 055 227 47 25


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

     

       

     

     



    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Similar vacancies — Services

    All 118 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements