Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq

    3/23/2020Deadline: 3/30/2020Baku, Azerbaijan

    Description

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə

     

    Sosial Pedaqoq

     

    vəzifəsinə iş elanı verir:

    Qısa Müddətli Qayğı Layihəsində sosial pedaqoq 8 nəfər 3-14 yaşlı uşağın təlim-tərbiyə prosesini təşkil edir və həyata keçirir. Sosial pedaqoq layihə çərçivəsində qayğı görən hər bir uşağın fərdi planına əsasən hərtərəfli inkişafına məsuldur. 

     

    PROFİLİNİZ:


    • Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili; 
    • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
    • Uşaq psixologiyası üzrə bilik;
    • İlkin tibbi yardım bacarıqları;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
    • Yüksək kommunikasiya bacarıqları;
    • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
    • Kompüter biliyi (MS Office);
    • Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.



    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
    • Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
    • Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
    • Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
    • Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
    • Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
    • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
    • Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
    • Təhsil  və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.



    İŞ ŞƏRTLƏRİ:

     

    • Ərazi – Bakı şəhəri;
    • 300-360 AZN (vergilər daxil) əmək haqqı;
    • Növbəli iş rejimi;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 



    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 30 Mart 2020-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Əlaqə nömrəsi: 055 227 47 25


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?