Skip to content

    Application period has ended (3/18/2020). Services: 98 open vacancies

    Vacancy

    Gəncə SOS Uşaq Kəndi GÜNƏRZİ QAYĞI MƏRKƏZİ layihəsinə  SOSİAL İŞÇİ

    3/12/2020Deadline: 3/18/2020Baku, Azerbaijan

    Description

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi GÜNƏRZİ QAYĞI MƏRKƏZİ layihəsinə 


    SOSİAL İŞÇİ


       vəzifəsinə iş elanı verir:

    Sosial işçi valideyn himayəsindən məhrum olma riski altında olan və aztəminatlı ailələrdən Günərzi Qayğı Mərkəzi Layihəsinə cəlb olunmuş uşaq həmçinin ailələrlə sosial işin aparılmasına məsuldur.


    PROFİLİNİZ:


    • Sosial iş sahəsində ali təhsil;

    • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi

    • Həssas, o cümlədən aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı; 

    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; 

    • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);

    • Sosial və təşkilati bacarıqlar;

    • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;

    • Fərdi və komandada işləmək istəyi və bacarığı;

    • Stress altında işləmək bacarığı;

    • Kompüter  biliyi (MS Office);  


    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:


    • Layihəyə cəlb olunan hər bir uşağın ətraflı biopsixososial qiymətləndirməsini həyata keçirmək;

    • Uşaqların keysini idarə və koordinasiya etmək;

    • Mütəxəssislərlə birlikdə fərdi inkişaf planları tərtib etmək;

    • Layihəyə cəlb olunmuş uşaqların ailələri ilə sosial işi həyata keçirmək;

    • Hesabatları hazırlamaq;

    • Ailə/valideynlərlə konsultasiyalar həyata keçirmək;

    • Ailəyə dəstək təlimlərini təşkil etmək;

    • Ailə /icma ilə işləmək və əməkdaşlıq etmək.


    İŞ ŞƏRTLƏRİ:


    • Ərazi – Gəncə şəhəri;

    • 400-450 AZN (vergilər daxil) əmək haqqı;

    • Həftədə 2 gün istirahət;

    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.


    TƏKLİFİMİZ:


    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 


    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 18 Mart 2020-ci il tarixədək “Gəncə GQM/Sosial İşçi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Əlaqə nömrəsi: 055 227 47 25


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    View Company Profile

    Share

    Similar vacancies — Services

    All 98 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements