Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi  Layihəsinə  SOSİAL PEDAQOQ

    3/12/2020Deadline: 3/18/2020Baku, Azerbaijan

    Description

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi  Layihəsinə 


    SOSİAL PEDAQOQ


    vəzifəsinə iş elanı verir:

    Sosial Pedaqoq ailə əsaslı qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş 7 nəfər 6-12 yaşlı uşaqların yaşaması üçün təhlükəsiz şərait yaradır və fərdi inkişaflarını dəstəkləyir. 


    PROFİLİNİZ:


    • Pedaqoji sahə üzrə orta ixtisas/ali təhsil;

    • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;

    • Uşaq psixologiyası üzrə bilik;

    • İlkin tibbi yardım bacarıqları;

    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;

    • Yüksək kommunikasiya bacarıqları;

    • Kompüter biliyi (MS Office);

    • Azərbaycan dili biliyi. Rus dili biliyi arzu olunandır.


    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:


    • Qayğıda olan hər bir uşaq üçün sağlam və mühafizə olunmuş mühit yaratmaq;

    • Qayğıda olan uşaqların  təhsilinə və fərdi inkişafına dəstək vermək;

    • Uşaqlar  üçün asudə vaxtın təşkili və sosial inteqrasiya fəaliyyətini inkişaf etdirmək;

    • Hər bir uşağın fərdi inkişaf planı əsasında hərtərəfli inkişaf etməsini təmin etmək;

    • Hər bir uşağın fərdi  inkişaf planının qiymətləndirilməsi prosesində yaxından iştirak etmək; 

    • Layihənin davamlı monitorinqi və qiymətləndirmə prosesində iştirak etmək;

    • Qayğıda olan hər bir uşağın  bioloji ailəsi ilə münasibətlərin saxlanılmasına dəstək göstərmək və tərbiyə prosesində bioloji ailələri əməkdaş kimi qəbul etmək;

    • Qayğıda olan hər bir uşağın icmanın xidmət vasitələrindən istifadə etməsinə dəstək olmaq (idman dərnəkləri, tibbi müəssisələr, təhsil müəssisələri və s.);

    • Layihənin iş qrafikinə uyğun olaraq növbəli işləmək;

    • Növbəli əsaslarla uşaqlarla birgə gecələmək.


    İŞ ŞƏRTLƏRİ:


    • Ərazi – Gəncə şəhəri;

    • 300-350 AZN (vergilər daxil) əmək haqqı;

    • Növbəli iş rejimi;

    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.


    TƏKLİFİMİZ:


    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 


    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 18 Mart 2020-ci il tarixədək “KQE_Sosial Pedaqoq/Gəncə SOS Uşaq Kəndi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Əlaqə nömrəsi: 055 227 47 25


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?