“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialı Günərzi Qayğı Mərkəzi layihəsinə
TƏRBİYƏÇİ KÖMƏKÇİSİ
vəzifəsinə iş elanı verir:
Tərbiyəçi köməkçisi qrupda aparılan təlim, tərbiyə prossesində tərbiyəçilərə lazımi dəstək göstərir, ehtiyac yarandıqda tərbiyəçini əvəz edir. Tərbiyəçi köməkçisi hər bir uşağın fərdi xüsusiyyətlərini öyrənir, onlara qarşı mehribanlıq və yüksək həsaslıq hissi nümayiş etdirir. O, öz qrupunda kurikulum standartlarının həyata keçirilməsi və təlim-tərbiyə mühitinin yaradılmasına həmçinin tərbiyəçiyə dəstək göstərməyə məsuldur. Qrupun təmizliyinə, gigiyena qaydalarının izlənilməsinə riayət edir. O, vaxtlı-vaxtında uşaqlara qidanın paylanmasını həyata keçirir və yeməklərin yeyilməsi zamanı uşaqlara yardım göstərir.
PROFİLİNİZ:
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
İŞ ŞƏRTLƏRİ:
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 26 Fevral 2020-ci il tarixədək “Gəncə şəhər Filialı/Tərbiyəçi köməkçisi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: 055 227 47 25
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

435 announcements