Məzmuna keç

    Müraciət müddəti bitib (5/30/2019). Təhsil: 89 açıq vakansiya

    Vakansiya

    GƏQM Tərbiyəçi köməkçisi

    4/29/2019Son tarix: 5/30/2019Baku, Azerbaijan

    Təsvir

     

     

    İŞ ELANI

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə SOS Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Bakı və Gəncə SOS Uşaq Kəndlərinə Gün ərzi Qayğı Mərkəzi layihəsinə Tərbiyəçi köməkçisi  vəzifəsinə iş elanı verir:

     

    İşin təsviri

    • Təlim-tərbiyə prossesinin həyata keçirilməsində tərbiyəçilərə köməkliyin göstərilməsi, təmizlik işlərinin yerinə yetirilməsi

     

    Mütləq meyarlar

    • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində orta ixtisas təhsil
    • Uşaqlarla iş sahəsində azı 2 illik iş təcrübəsi
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq hüquqları və onların müdafiəsi haqda məlumatlılıq

     

    Əlavə meyarlar

    • Dözümlülük, çeviklik
    • İlk tibbi yardım göstərmək bacarığı

     

    İş şəraiti

    • Tam məşğulluq
    • İş günləri – (I-V)
    • Ərazi – Bakı şəhəri (Əhmədli qəsəbəsi) və Gəncə şəhəri
    • Əmək haqqı –  300 AZN (vergilər daxil)

     

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər. Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected] və ya [email protected]

     

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Tərbiyəçi köməkçisi" yazasınız.  

    CV-lərin son göndərilmə tarixi: 30 May 2019-cu ildir.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.



    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Təhsil

    Bütün 89 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan