Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə şəhər Filialının oğlanlar üçün Gənclər Evi layihəsinə Məsləhətçi

    12/28/2018Deadline: 1/7/2019Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctima Birliyi, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Gəncə şəhər Filialının

    oğlanlar üçün Gənclər Evi layihəsinə Məsləhətçi  vəzifəsinə iş elanı verir:



    İşin təsviri

    • Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi sahəsində dəstək
    • Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
    • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
    • Gənclərin asudə vaxtlarının təşkili
    • Praktik həyati səriştələrin inkişaf etdirilməsi
    • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

     

    Mütləq meyarlar

    • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar)
    • Yüksək əxlaqi keyfiyyətlər
    • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir)

     

    Əlavə meyarlar

    • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
    • Dözümlülük, çeviklik
    • Stress və böhranın idarə edilməsi bacarığı
    • İlk tibbi yardım göstərmək bacarığı
    • Kompüter bilikləri



    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected]

     

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Məsləhətçi " yazasınız.

    CV-lərin son göndərilmə tarixi: 07 Yanvar 2019-cu ildir.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?