Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Qızlar üçün “Kiçik Qrup Evi” Layihəsinə  Sosial İşçi

    12/5/2018Deadline: 12/25/2018Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Bakı SOS Uşaq Kəndinin nəzdində olan

     

    Qızlar üçün “Kiçik Qrup Evi” Layihəsinə  Sosial İşçi

     

    vəzifəsinə iş elanı verir.

     

    Öhdəliklər

    • Uşaqların atılma riski altında olan ailələrlə sosial işin aparılması
    • Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq
    • Ailələrin fərdi inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək
    • Hədəf qrupunun layihəyə cəlb olunmasında iştirak etmək
    • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək

     

    İş şəraiti

    • Tam məşğulluq
    • Ərazi – Bakı şəhəri
    • Əmək haqqı – 450 AZN (vergilər daxil)

     

    Vacib meyarlar:

    • Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq sahəsində ali təhsil
    • Oxşar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi
    • Həssas, o cümlədən aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı  
    • Sosial və təşkilati bacarıqlar
    • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti
    • Fərdi və komandada işləmək istəyi və bacarığı
    • Çevik iş qrafikində çalışmaq bacarığı
    • MS Office bilikləri
    • Komandada işləmək bacarıqları

     

    Əlavə üstünlük və bacarıqlar:

    • Sərbəst Azərbaycan və rus dili biliyi
    • Uşaq və qadın hüquqları barədə məlumatlılıq
    • Motivasiyalı və öhdəliklərinə yaradıcı yanaşma qabiliyyəti
    • QHT sektoru üzrə iş təcrübəsi  
    • Orta İngilis dili biliyi üstünlük sayılır
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq

     

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected]

     

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Sosial İşçi " yazasınız.  

    CV-lərin son göndərilmə tarixi: 25 Dekabr 2018-ci ildir.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.



    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?