Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Xətai rayon və Gəncə Filiallarına Tərbiyəçi Ana

    12/5/2018Deadline: 12/30/2018Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” İctimai Birliyi Xətai rayon və Gəncə Filiallarına

    Tərbiyəçi Ana  vəzifəsinə iş elanı verir:

     

    Vacib kriteriyalar

     

    • Subay (himayəsində 1 uşağı olan namizədlər istisna ola bilər)
    • Yaş həddi 32-45 arası
    • Təhsili orta ixtisas, ali təhsillilərə üstünlük verilir
    • İş təcrübəsi: dayə, müəllimə, tərbiyəçi və tibb işçilərinə üstünlük verilir
    • Uşaq Kəndində yaşamağa və uzun müddətli işləməyə hazır olmalı (öhdəsində olan uşaqları ən azı bir nəsil böyüdənə kimi)

     

    İşin təsviri

    • Uşağın tam inkişafını dəstəkləmək: uşaq və yeniyetmənin potensialı və ehtiyaclarını müəyyən edə bilir
    • Travmalı uşaqlar haqqında bilik və bacarıqlar olmalı
    • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanması
    • Uşaqların təhsilinə dəstək
    • Uşaqların asudə vaxtlarının təşkili
    • Praktik həyati səriştələrin inkişaf etdirilməsi
    • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

     

    Mütləq meyarlar

    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar)
    • Yüksək əxlaqi keyfiyyətlər
    • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir)

     

    Əlavə meyarlar

    • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
    • Dözümlülük, çeviklik
    • Stress və böhranın idarə edilməsi bacarığı
    • İlk tibbi yardım göstərmək bacarığı




    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected]

     

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Məsləhətçi " yazasınız.

    CV-lərin son göndərilmə tarixi: 30 Dekabr 2018-ci ildir.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?