Application period has ended (10/30/2018). Education: 100 open vacancies
Description
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Xətai rayon Filialının Kiçik Qrup Evi layihəsinə Sosial Pedaqoq vəzifəsinə iş elanı verir:
İşin təsviri
- Uşaqlara və gənclərə təhsil seçimi
- Gənclərə peşə istiqamətləndirilməsi sahəsində dəstək
- Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
- Uşaqların və gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
- Uşaq və gənclərin asudə vaxtlarının təşkili
- Praktik həyati səriştələrin inkişaf etdirilməsi
- Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
Mütləq meyarlar
- Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali və orta ixtisas təhsil
- Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
- Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
- Sosial və təşkilati bacarıqlar
- Komandada işləmək istəyi və bacarığı
- Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
- Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
- Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar)
- Yüksək əxlaqi keyfiyyətlər
- Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir)
Əlavə meyarlar
- Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
- Dözümlülük, çeviklik
- Stress və böhranın idarə edilməsi bacarığı
- İlk tibbi yardım göstərmək bacarığı
- Kompüter bilikləri
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected]
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Sosial Pedaqoq " yazasınız.
CV-lərin son göndərilmə tarixi: 30 Oktyabr 2018-ci ildir.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
