Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Sosial Pedaqoq

    9/22/2017Deadline: 9/30/2017Baku, Azerbaijan

    Description

     


    İŞ ELANI

    "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası Azərbaycan hökuməti və "SOS Kinderdorf" beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri; Ailə Əsaslı Qayğı layihəsi, Qısa Müddətli Sığınacaq Layihəsi, Gənclər Evi layihəsi, həmçinin bir neçə sosial layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 15 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafının təmin olunması, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az
    "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası

    Gəncədə şəhərində həyata keçirilən Qısa Müddətli Qayğı Layihəsi üçün "Sosial Pedaqoq" vəzifəsinə elan verir:

    İşin təsviri
    • Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstək göstərmək
    • Qısa Müddətli Qayğı layihəsində olan uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək
    • Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək
    • Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasında birbaşa iştirak etmək
    • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək
    • Təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək
    • QMQ Layihəsinin illik iş planının tərtibində yaxından iştirak etmək.
    • Layihənin digər işçiləri ilə birgə tədbirlər planının büdcəsinin hazırlamasında iştirak etmək
    • Layihənin maliyyə resurslarının səmərəli istifadə olunmasında iştirak etmək
    • Məlumatların davamlı toplanılması, özünüqiymətləndirmə və kənar təsirlərin qiymətləndirilməsi üçün effektiv monitorinq və qiymətləndirmə planlarını tərtib etmək.
    • Uşaqların inkişafı/vəziyyətini əks etdirən hesabatları müntəzəm olaraq QMQ Liderinə təqdim etmək, eləcə də "uğur hekayələri" hazırlamaq
    • Peşəkar səviyyəni təkmilləşdirmək üçün iş zamanı müddətində təşkil olunan peşəyönümlü təlimlərdə iştirak etmək
    • Layihənin qayğı işçiləri üçün təşkil olunan baza təlimində iştirak etmək
    • QMQL-nə ayrılmış inventar, oyuncaq və inkişafetdirici vəsaitləri qoruyub saxlamaq
    • SOS təşkilatının mənşəyi, fəlsəfəsi, prinsipləri, siyasəti və strukturu ilə dərindən tanış olmaq
    • SOS təşkilatının Davranış Kodeksini və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək

    Mütləq meyarlar
    • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar)
    • Yüksək əxlaqi keyfiyyətlər
    • Azərbaycan dili biliyi

    Əlavə meyarlar
    • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
    • Dözümlülük, çeviklik
    • Stress və böhranın idarə edilməsi bacarığı
    • İlk tibbi yardım göstərmək bacarığı
    • Kompyuter bilikləri

    Xahiş olunur, CV-lərinizi aşağıdakı e-mail ünvanına göndərəsiniz
    (yalnız elektron ərizələr nəzərdən keçiriləcək):

    [email protected]

    CV-lərin son göndərilmə tarixi: 30 Sentyabr 2017-ci il

    Elektron məktubunuzda "SUBJECT" bölməsində "Sosial Pedaqoq" yazmağınız xahiş olunur.

    "SOS Kinderdorf" beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?