Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Xezinedar

    8/8/2015Deadline: 8/24/2015Baku, Azerbaijan

    Description

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Milli Ofisi
    Xəzinədar vəzifəsinə vakansiya elan edir.

    Əsas vəzifə və öhdəliklər

    • Bank və kassa ödənişlərinin yerinə yetirilməsi
    • Aylıq bank və kassa əməliyatlarının filiallar üzrə üzləşdirilməsi
    • Avans hesabatlarının yoxlanılması
    • Dövlət hesabatlarının hazırlanması (Vergi, DSMF, Statistika)
    • Dövlət xəzinədarlığına sənədlərin hazırlanması
    • Sənədlərin sistemləşdirilməsi və qovluqlara yerləşdirilməsi
    • Podratçılarla bağlanan müqavilələrə nəzarət edilməsi

     

    Əsas kriteriyalar

    • Maliyyə sahəsində ali təhsil
    • Xəzinədar kimi ən azı 2 illik iş təcrübəsi
    • Nəğd pulla işləmə bacarığı;
    • Microsoft Office proqramlarını bilmək;
    • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
    • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
    • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
    • Komandada işləmək bacarığı
    • İngilis dili biliyi arzu olunandır

    Uyğun namizədlər öz CV-lərini, məktubun "SUBJECT" qrafasında "Xəzinədar" yazmaqla [email protected]ünvanına göndərə bilərlər.

    CV-lərin göndərilməsinin son tarixi 24.08.2015

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?