Application period has ended (8/3/2015). Administrative: 129 open vacancies
Description
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası oğlanlar üçün Gənclər Evi layihəsinə Məsləhətçi vəzifəsinə elan verir.
Iş şəraiti
- Tamam məşğulluq
- Ərazi – Bakı şəhəri
Məsləhətçinin əsas vəzifəsi gənc oğlanların fərdi inkişafını dəstəkləmək, onlari müstəqil həyata hazırlamaq və cəmiyyətdə öz yerini tapmaqda onlara dəstək göstərməkdir.
Tələb olunan meyarlar
- Sosial iş, pedaqogika, psixologiya və ya bənzəri sahələrdə ali təhsil,
- Gənclərlə iş, sosial iş sahəsində iş təcrübəsi,
- QHT-lərdə iş təcrübəsi
- Uşaq hüquqları sahəsində biliklər
- Liderlik bacarıqları
- Yaxşı ünsiyyət bacarıqları
- Komanda yaratmaq və idarəetmək bacarığı
- Strateji düşünmə bacarığı
- Kompüter bacarıqları
- İngilis və rus dili biliyi arzu olunandır
- 30 yaşdan yuxarı kişi namizədlərin müraciət etməsi xahiş olunur.
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "GE Məsləhətçi" yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 03 avqust 2015-ci il
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile