Skip to content

    Application period has ended (8/20/2014). Education: 100 open vacancies

    Vacancy

    Terbiyecisi [ Gence ]

    8/7/2014Deadline: 8/20/2014Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Sığınacaq Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürülür və burada yarımmüstəqil və müstəqil həyata hazırlanırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafının təmin olunması və gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası

    Gəncədə yerləşən oğlanlar üçün Gənçlər Evi  Tərbiyəçisi vəzifəsinə elan verir:

    İşin təsviri

    • Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi sahəsində dəstək
    • Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
    • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
    • Gənclərin asudə vaxtlarının təşkili
    • Praktik həyati səriştələrin inkişaf etdirilməsi
    • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

    Mütləq meyarlar

    • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Əlavə Peşəyönümlü təhsil(Təlim,seminarlar)
    • Azərbaycan dili biliyi

    Əlavə meyarlar

    • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
    • Dözümlülük, çeviklik
    • Stress və böhranın idarə edilməsi bacarığı
    • İlk tibb yardım göstərmək bacarığı
    • Kompyuter bilikləri

    İş Şərtləri:

    • Əmək haqqı – 350 AZN (vergilərdaxil)
    • İş yeri – Gəncə ş.
    • İş günləri – Növbəli

     

    Xahiş olunur, CV-lərinizi  aşağıdakı e-mail ünvanına göndərəsiniz
    (yalnız elektron ərizələr nəzərdən keçiriləcək):

    [email protected]

    CV-lərin son göndərilmə tarixi : 20 avqust  2014-cü il

     

    Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Tərbiyəçi ” yazmağınız xahiş olunur.

    “SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    Similar vacancies — Education

    All 100 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements