Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Proqram Direktoru Assistenti

    1/29/2014Deadline: 2/10/2014Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf İnternational” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Xətai rayon filialına

    Proqram Direktoru Assistenti

    vəzifəsinə elan verir.

    Öhdəliklər

      • Kadr sənədlərinin təşkili (əmrlər, əmək müqavilələri, vəzifə təlimatları, aylıq tabel, arayışlar, statistika və.s.), hazırlanması.
      • Yeni qəbul olunan işçilərin qeydiyyatı və şəxsi işin açılmasının təşkili.
      • Katib vəzifəsi üzrə müvafiq işlərin yerinə yetirilməsi.
      • Beynəlxalq Sponsorluq Proqramı üzrə uşaqlar və kənd haqqında illik hesabatların İnglis dilində tərtib olunması.
      • Digər ümumi işlərin Uşaq Kəndi səviyyəsində təşkil etmək.

    Tələb olunan bilik, səriştə və keyfiyyətlər

      • Ali təhsil.
      • Assistent  vəzifəsində ən azı 3-5 il iş təcrübəsi
      • İnsan Resursları sahəsində biliklər
      • Azərbaycan, Rus və İngilis dili bilikləri
      • Kompyuter bilikləri
      • Sosial və təşkilati bacarıqlar
      • Ünsiyyətcil, komanda işində çalışma bacarığı, təşəbbüskarlıq.

    Üstünlük verilən meyarlar

      • İnsan Resursları sahəsində iş təcrübəsi

    Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "PD Assistenti" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 10 Fevral  2014-cü il.

     “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?