Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Sumqayit Ailelere Destek Layihesinin koordinatoru

    1/15/2014Deadline: 1/17/2014Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramları çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

     “SOS Uşaq Kəndləri-Azərbaycan”

    Sumqayıt Ailələrə Dəstək Layihəsinin koordinatoru

    vəzifəsinə elan verir.

    Iş şəraiti

    • Tam məşğulluq
    • Ərazi – Sumqayıt şəhəri

    Öhdəliklər

    • Layihəyə cari rəhbərliyi həyata keçirmək
    • Layihə çərçivəsində sosial işin aparılmasını istqamətləndirmək, sosial işçilərə metodiki dəstək göstərmək
    • Layihənin uğurlu icrası üçün yerli Hökumət, QHT və biznes qurumları ilə əməkdaşlıq qurmaq.
    • Layihənin inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsini təmin etmək
    • Yerli icma daxilində ailə qayğısından məhrum olmaq riski altında olan uşaqlarla bağlı vəziyyətin təhlilini aparmaq
    • Risk qrupuna daxil olan ailələrin tapılmasını və layihəyə qoşulmasını təmin etmək
    • Yuxarıda qeyd olunan tədqiqat nəticələri əsasında tədbirlər planının hazırlanmasını təmin etmək
    • Tədbirlər planında əks olunan xidmətlərin göstərilməsini təmin  etmək, həmçinin yeni xidmət təklifləri ilə çıxış etmək
    • Tabeliyində olan sosial işçilərin ailələrlə apardıqları işlərin vaxtaşırı monitorinq və qiymətləndirməsini aparmaq
    • Yerli maliyyə resurslarını müəyyən etmək, qrantlar və yerli gəlir mənbələrinin digər növlərindən maliyyə əldə etmək niyyəti ilə müvafiq   addımlar  atmaq (sponsorluq, ianələr)
    • Layihənin illik büdcəsini hazırlamaq və təsdiqlənmiş büdcəni icra etmək

     

    Minimum bilik, səriştə və keyfiyyətlər
    Sosial iş, uşaq müdafiəsi sahəsində təcrübə (min 3 il)
    Proqramların idarəedilməsi sahəsində iş təcrübəsi (min 3  il)
    Sosial layihələrdə iş təcrübəsi ( min 3 il)
    Layihə monitorinqi və qiymətləndirilməsi sahəsində səriştə 
    Aztəminatlı ailələrlə sosial iş təcrübəsi 
    Qeyri -hökümət təşkilatında təcrübə 
    Uşaq Hüquqları və rifahı sahəsində bilik
    Liderlik qabiliyyəti 
    Sərbəst Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi)
    Kompüter savadı (MS Office)

    Üstünlük verilən meyarlar

    • Könüllülərlə iş təcrübəsi
    • Sürücülük vəsiqəsi

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sumqayıt ADL koordinatoru" yazasınız.

    CV-lərin göndərilməsinin son tarixi 17 yanvar 2014-cü il.

     “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.

    www.soschildren.az

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?