Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Baki Ailelere Destek layihesine [ Sosial isci ]

    11/18/2013Deadline: 12/2/2013Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Bakı Ailələrə Dəstək layihəsinə

    Sosial işçi
    vəzifəsinə elan verir.

    İş Şərtləri
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 550 azn. (vergilər daxil olmaqla)

    Öhdəliklər:

    • Müxtəlif mənbələrdən istifadə edərək layihə daxili meyarlarına cavab verən halların (case-lərin) müəyyən olunması
    • Layihəyə cəlb olunan uşaq və ailələrlə birbaşa görüşlər vasitəsilə onların psixo-sosial vəziyyətinin hərtərəfli (əsaslı) qiymətləndirilməsinin həyata keçirilməsi
    • Müdaxilə planının planlaşdırılması və müdaxilələr
    • Uşaqlar və ailələr üçün xidmətlər və ya müdaxilələr
    • „Keyslərin“ vaxtaşırı monitorinq və yenidən qiymətləndirilməsinin keçirilməsi
    • „Keyslərin“ bağlanmasına dair müvafiq prosedurlara əməl olunması
    • Qayğıdan məhrum olma riski olan uşaqlar haqqında layihənin milli və yerli səviyyədə məlumatlarla və bilgilərlə təmin olunması
    • Sosial İş üzrə Etik qaydalara və Məxfilik razılaşmasına riayət olunması
    • „Keys“in idarə olunmasına dair aparılan sənədlərə cavabdehlik və bu sənədlərlə səliqəli və ehtiyatla davranılması

                Fövqəladə hallarda və təşkilatın ehtiyaclarına əsasən digər istiqamətlərdə fəaliyyət göstərir.

    SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət edir.

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Pedaqoji, psixoloji və ya  sosial iş sahəsində ali təhsil
    • Pedaqoji, psixoloji və  ya sosial iş sahəsində uşaqlarla iş təcrübəsi - azı 3 il
    • Qeyri-hökumət təşkilatında təcrübə-azı 3 il
    • Uşaq haqları və onların müdafiəsi sahəsində biliklər
    • Monitorinq və qiymətləndirmə
    • Yüksək ünsiyyət bacarığı
    • Təşkilatçılıq və planlaşdırma bacarıqları
    • Komandada işləmək bacarığı
    • Yeniliyə açıq olma
    • Tolerantlıq
    • Kompüter savadı (MS office)
    • Sərbəst ana dili və rus dili,orta səviyyəli ingilis dili bilikləri
    • Sürücülük vəsiqəsi

     

    Üstünlük verilən meyarlar

    • Yüksək motivasiya
    • Çeviklik
    •   Stresə davamlılıq 

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial işçi" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 2 dekabr 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?