Məzmuna keç

    Müraciət müddəti bitib (11/1/2013). Tibb və səhiyyə: 30 açıq vakansiya

    Vakansiya

    Baki Usaq Kendine [ Psixoloq ]

    10/7/2013Son tarix: 11/1/2013Baku, Azerbaijan

    Təsvir

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Bakı Uşaq Kəndinə
    Psixoloq
    vəzifəsinə elan verir.

    İş Şərtləri
    Sosial məzuniyyət dövrü ərzində-01.12.2013-01.12.2014
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 650 AZN (vergilər daxil olmaqla)

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Psixologiya və ya  sosialogiya sahəsində ali təhsil
    • Psixoloji və  ya sosial iş sahəsində uşaqlarla iş təcrübəsi - azı 3 il
    • Psixodiaqnostika və psixoloji konsultasiya aparmaq təcrübəsi
    • Aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Planlaşdırma bacarığı
    • Monitorinq və qiymətləndirmə
    • Çevik iş qrafikində işləmək bacarığı
    • Komandada işləmək bacarığı
    • Kompüter (MS Office) bilikləri
    • Sərbəst ana dili və rus dili bilikləri

     

    Üstünlük verilən meyarlar

    • Yüksək motivasiya
    • Çeviklik
    •   Stresə davamlılıq

    Arzu olunan meyarlar

    • Uşaq haqları və onların müdafiəsi sahəsində biliklər
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Beynəlxalq təşkilatlarla iş təcrübəsi
    • Əlavə peşəyönümlü təhsil(təlimlər,seminarlar)
    • QHT sektorund iş və ya könüllülük təcrübəsi
    • İngilis dili biliyi
    • Sürücülük vəsiqəsi

    Əsas vəzifə və öhdəlikləri:

    • Uşaqların sağlam psixoloji durumunu dəstəkləmək
    • Layihənin digər işçiləri ilə sıx əməkdaşlıq etmək
    • Hər uşaq üçün vaxtaşırı psixoloji diaqnostika aparmaq
    • Uşaqların fərdi inkişaf planının yazılmasında iştirak etmək
    • Uşaqların psixoloji inkişaf səviyyəsini qiymətləndirmək,fərdi və qrup yanaşmalar vasitəsilə onları öyrənməyə həvəsləndirmək
    • Böhran vəziyyəti idarə etmək
    • Uşaqların yeni mühitə adaptasiyasına kömək etmək
    • Hər bir yerdə uşaqların maraqlarını müdafiə və təmsil etmək

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Psixoloq" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 01noyabr 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Tibb və səhiyyə

    Bütün 30 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan