Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Baki Usaq Kendine [ Sosial isci ]

    10/7/2013Deadline: 11/1/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Bakı Uşaq Kəndinə
    Sosial işçi
    vəzifəsinə elan verir.

    İş Şərtləri

    Sosial məzuniyyət dövrü ərzində-01.01.2014-01.01.2015  
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 650 AZN (vergilər daxil olmaqla)

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Hüquq,psixologiya və ya  sosialogiya sahəsində ali təhsil
    • Hüquqi,psixoloji və  ya sosial iş sahəsində uşaqlarla iş təcrübəsi - azı 3 il
    • Aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Planlaşdırma bacarığı
    • Monitorinq və qiymətləndirmə
    • Çevik iş qrafikində işləmək bacarığı
    • Komandada işləmək bacarığı
    • Kompüter (MS Office) bilikləri
    • Sərbəst ana dili və rus dili bilikləri

    Üstünlük verilən meyarlar

    • Yüksək motivasiya
    • Çeviklik
    •   Stresə davamlılıq

    Arzu olunan meyarlar

    • Uşaq haqları və onların müdafiəsi sahəsində biliklər
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Beynəlxalq təşkilatlarla iş təcrübəsi
    • Əlavə peşəyönümlü təhsil(təlimlər,seminarlar)
    • QHT sektorund iş və ya könüllülük təcrübəsi
    • İngilis dili biliyi
    • Sürücülük vəsiqəsi

    Əsas vəzifə və öhdəlikləri:

    • Uşaq qəbulu üçün lazım olan bütün sənədləri toplamaq
    • Uşaqların kəndə qəbulu və əmlak məsələlərini tənzimləmək
    • Uşaqların bioloji ailə köklərinin araşdırılması və onlarla işin qurulması
    • Uşaq problemləri ilə məşğul olan dövlət qurumlarıvə QHT-lərlə
    • əməkdaşlıq qurmaq
    • Uşaq kəndində tərbiyə alan uşaqların çatışmayan sənədlərinin əldə edilməsini təmin etmək
    • Uşaqların pensiya və müavinətlərlə təmin edilməsinə dəstək vermək
    • Uşaq kəndində tərbiyə alan uşaqların daşınan və daşınmaz əmlakının mövcudluğu haqqında araşdırmalar aparmaq və belə əmlak olduqda uşaqların əmlak hüquqlarını qanuniləşdirmək

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial işçi" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 01noyabr 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?