Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Usaq Kendleri Proqram Direktoru [ Baki ]

    8/14/2013Deadline: 9/1/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf İnternational” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası


    Uşaq Kəndləri Proqram Direktoru (iş yeri Bakı şəhərindədir) vəzifəsinə elan verir.

     

    Uşaq Kəndləri Proqram Direktoru (UKPD) Milli Ofisin funksional işçi heyətinin rəhbərliyi və nəzarəti altında təşkilatın baxışı, missiyası və strategiyasına uyğun olaraq SOS Uşaq Kəndləri proqramının (UKP) icrasına rəhbərlik edir. O təşkilatda yerlərdəki dövlət və qeyri dövlət sahəsindən olan maraqlı tərəflərin qarşısında təmsil edir.

    Əsas vəzifə və öhdəliklər

    Proqram inkişafı və menecmenti

    • SOS Uşaq Kəndləri Proqramının SOS Uşaq Kəndləri Proqram Siyasəti və müvafiq beynəlxalq və milli SOS qaydalar, strategiyalar və keyfiyyət standartlarına uyğun inkişaf etdirilməsinə və icra olunmasına təhbərlik edir.
    • UKP daxilində bütün sahələrdə əməkdaşlığı koordinasiya edir.
    • Proqram şöbələrinin resurslardan smərəli istifadəsini təmin etmək.
    • UKP fəaliyyəti və inkişaf barədə mütəmadi olaraq Milli Direktora və Mill Ofisdə müvafiq işçilərə hesabat verir.

     

    İR menecment və təşkilati inkişaf

    • Bölgədə müxtəlif tipli ailələrlə və ümumiyyətlə dəstək işində çalışan işçilərə rəhbərlik edir.
    • Milli, yerli qanunvericiliyə əsasən UKP-da İR siklinin səmərəli icrasını təmin edir.
    • UKP-nin səmərəli menecment komandasını yaradır və ona rəhbərlik edir

     

    Maliyyə və inzibati işə rəhbərlik

    • Mövcud qaydalara və standartlara əsaslanan sadə və səmərəli maliyyə və inzibati qaydaların tətbiq olunması ilə proqramda hesabatlılığı yaratmaq.
    • Bölgədə büdcələşmə prossesinə rəhbərlik edir . 
    • Vəsaitlərin düzgün xərclənməsinə əmin olmaq üçün büdcə xərclərini monitorinq edir, maliyyə və məzmun baxımından yoxlama aparır (Maliyyə sahəsində məsul şəxslə biryerdə).
    • Daimi şəkildə daha keyfiyyətli xidmətlərin daha az xərclə göstərilməsi üçün yollar axtarır.

     

    Keyfiyyətin idarəolunması, monitorinq və qiymətləndirmə

    • UKP-də keyfiyyətin ümumi idarəolunmasına cavabdehlik daşıyır. O əmin olmalıdır ki, milli və beynəlxalq keyfiyyət standartları Milli Ofisin funksional işçi heyətinin nəzarəti altında icra olunur.
    • Milli və beynəlxalq keyfiyyət auditləri nəticəsində verilmiş tövsiyyələrin icra olunmasını moniorinq edir.

    Tərəfdaşlığın yaradılması, ictimai vəkillik və maraqlı tərəflərlə əməkdaşlıq

    • Milli Direktor tərəfindən verilmiş vəkalət əsasında dövlət orqanları və təşkilatlar danışıqlar aparır, müqavilələr imzalayır.
    • UKP-nin milli və yerli orqanlarla və maraqlı tərəflərlə əməkdaşlığını, tərəfdaşlığını şəbəkələşmə cəhdlərini koordinasiya edir və onlara rəhbərlik edir.
    • UKP-nin idarəedici işçi heyəti ilə birgə təşkilatı müvafiq yerli şəbəkələrdə, forumlarda, platformalarda, campaniyalarda, işçi qruplarında təmsil edir və təşkilat adından uşaq hüquqlarını, xüsusilə də hədəf qrupundan olan uşaqların hüquqlarının müdafiəsinində vəkil kimi çıxış edir.

    Maliyyə toplanması və ictimaiyyətlə əlaqələr

    • Milli Ofisdə fəaliyyət göstərən Fandreyzinq və İctimaiyyətlə əlaqələr departamenti ilə birgə təşkilatı cəmiyyət arasında dəstəkləyir və mümkün potensial maliyyə mənbələrini müəyyənləşdirir.
    • Strateji planlaşdırma görüşü zamanı razılaşdırılan hədəflər çərçivəsində diqqəti daha çox dövlət subsidiyalarına və ictimai maliyyə mənəbələrinə yönəltməklə Proqramın özünümaliyyələşdirməsinin ən yüksək həddinə çatmasına çalışmaq

    Kriteriyalar

    • Sosial elmlər,  hüquq, ictimai idarəetmə və ya iqtisadiyyat sahəsində ali təhsil
    • Social rifah, xüsusilə də uşaqların və gənclərin rifahı sahəsində ən azı 3 illik menecment təcrübəsi
    • İnsanların birbaşa idarəolunması sahəsində ən azı 3 illik iş təcrübəsi
    • Proqram idarəetməsi, monitorinq və qiymətləndirmə sahəsində bacarıqlar.
    • Yüksək ünsiyyət, danışıq və şəbəkələşmə bacarığı
    • Büdcə və maliyyə idarəetməsi və təşkilati bacarıqlar
    • İRİ sahəsində anlayış və bacarıqlar, fəaliyyətin idarəedilməsi bacarıqları
    • Liderlik bacarıqları, komanda qurmaq, motivasiya etmək bacarıqları
    • Standartlar, hüquqi məsələlər, xüsusilə uşaqların rifahı sahəsində inkişaflardan xəbərdar olmaq.
    • Maliyyə toplanması, xüsusilə də ictimai maliyyə sahəsində ilkin biliklər
    • İngilis dilini əla səviyyədə bilmək (yazılı və şifahi)

     

    Uyğun namizədlər CV-ni  aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]
    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "CVPD Bakı" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 01 Sentyabr  2013-cü il

     

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?