Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Qrup muellimi ]

    8/6/2013Deadline: 8/16/2013Baku, Azerbaijan

    Description

     

     

    İŞ ELANI

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Qrup müəllimi
    vəzifəsinə elan verir.

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 350 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax rayonu

    Öhdəliklər:

    • Öhdəsinə verilmiş uşaqları və onların fərdi xüsusiyyətlərini yaxından öyrənmək
    • Uşaqların İnkişaf planının tərtibində iştirak və həyata keçməsini təmin etmək
    • Məktəbyaşlı uşaqların ev tapşırıqlarının hazırlanmasına dəstək göstərmək
    • Məktəbəqədər uşaqların məktəbə hazırlıq səviyyəsini artırmaq və qrup məşğələlərini təşkil etmək
    • Xüsusi istedada malik olan uşaqları aşkar etmək və bu haqda valideynlərə məlumat vermək
    • Uşaqların mərkəzdən kənar tədbirlərini təşkil etmək
    • Təhkükəsizlik texnikasını və ilk yardımın göstərilməsini bilmək
    • Uşaqlarda yaş psixologiyasının xüsusiyyətlərini bilmək
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

     

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Pedaqoji sahədə ali və ya orta ixtisas təhsili
    • Pedaqoji iş sahəsində uşaqlarla iş təcrübəsi - azı 3 il
    • Uşaq haqları və onların müdafiəsi sahəsində bilikləri
    • Yüksək ünsiyyət bacarığı
    • Komandada işləmək bacarığı
    • Ana dili bilikləri

     

    Üstünlük verilən meyarlar

    • Yüksək motivasiya
    • Çeviklik
    •   Stresə davamlılıq 

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Qrup müəllimi" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 16 avqust 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?