Məzmuna keç
    Vakansiya

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Asbaz Komekcisi ]

    8/6/2013Son tarix: 8/16/2013Baku, Azerbaijan

    Təsvir

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan”
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti əsaslarla
    Aşbaz Köməkçisi

    vəzifəsinə elan verir!

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 200 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax Rayonu

     

    Öhdəliklər

    • Ərzaqların yeməyin bişirilməsi üçün hazırlamaq
    • Yeməyin hazırlanmasında Aşbaza kömək etmək
    • Mətbəxə buraxılan ərzaqların yoxlanmasında Aşbaza dəstək vermək
    • Mətbəxdə sanitar-gigiyena qaydalarına riayət etmək
    • Mətbəxi yığışdırmaq
    • Çirkli qabları yumaq
    • Həftədə bir dəfə qab dəsmalları və döşlükləri yuyub ütüləmək
    • Təmiz, səliqəli olmaq
    • Təhlükəsizlik texnikasını bilmək və ona riayət etmək
    • Kollektiv arasında etika qaydalarına, həmçinin nizam-intizam qaydalarına riayət etmək;
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Bu sahə üzrə iş təcrübəsi
    • Dəqiq, səliqəli, punktual.
    • Uzunmüddətli əməkdaşlığa hazırlıq

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Aşbaz Köməkçisi" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 16 Avqust  2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan