Application period has ended (8/20/2013). Accounting & Finance: 325 open vacancies
Description
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”
Xətai filialına Baş Mühasib
vəzifəsinə elan verir.
İş şərtləri
- Məşğullluq – tam
- İş vaxtı – həftəlik 40 saat
- Əmək Haqqı – 1200 AZN (vergilər daxil olmaqla)
Baş mühasib filialın ümumi maliyyə fəaliyyətini koordinasiya edir.
Minimal meyarlar
- Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində Ali təhsil
- Baş Mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericilik sahəsində biliklər
- Beynəlxalq mühasibatlıq qaydaları sahəsində biliklər
- Dövlət büdcəsi idarəetmə sahəsində biliklər
- Azərbaycan dili - əla
- Ingilis dili - əla
- Rus dili - əla
Bilik və bacarıqlar
- Yerli mühasibat standartları sahəsində təcrübə
- Maliyyə hesabatlarının idarə olunması və mütəmadi yoxlamaq bacarığı
- Dövlət büdcəsi ilə işləmə təcrübəsi
- Filial üzrə maliyyə nəzarəti yerinə yetirmək bacarığı
- Müstəqil olaraq Büdcə tərtib etmə və büdcəni idarə etmək təcrübəsi
- Maliyyə analizi etmək bacarığı və təcrübəsi
- Maliyyə sənədlərinin tərtib etmə bacarığı və təcrübəsi
- Gündəlik və aylıq hesabatların rəhbərliyə tərtib və təqdim olunması təcrübəsi və bacarığı
- Beynəlxalq təşkilatlarda işləmə təcrübəsi
- Maliyyə idarə etmə bacarığı və təcrübəsi
- Təhlil aparma qabiliyyəti , təcrübəsi
- Ünsiyyət bacarığı
- Gərgin şəraitdə işləmə bacarığı
- Kompyuter biliyi (MS Office, 1 C, )
- Məsuliyyət hissi
Əlavə meyarlar
- NAVISION mühasibat proqramı üzrə biliklər
- Komandada işləmə bacarığı
- Kvalifikasiyasını təkmilləşdirməyə hazırlıq
Uyğun namizədlər CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır): [email protected]
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Filial Baş Mühasib" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 20 Avqust 2013-cü il.
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
