Məzmuna keç

    Müraciət müddəti bitib (8/6/2013). Təhlükəsizlik: 31 açıq vakansiya

    Vakansiya

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Muhafizeci ]

    7/31/2013Son tarix: 8/6/2013Baku, Azerbaijan

    Təsvir

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan”
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Mühafizəçi

    vəzifəsinə elan verir!

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – gecə
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 200 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax Rayonu

     

    Öhdəliklər

    • Günərzi Qayğı Mərkəzinin  mülkiyyətini qorumaq və uşaqlara təhlükəsiz sağlam mühit yaratmaq
    • Mərkəzdə olan işçilərin  təhlükəsizliyini təmin etmək, mülkiyyətin mühafizəsini təmin etmək üçün cavabdeh olmaq
    • Qonaqlarda və ətrafda yaşayanlarda müsbət ictimai təəssürat yaratmaq
    • Ərazinin axşam işıqlandırılmasını həyata keçirmək
    • Qonaqların qeydiyyatını aparmaq
    • Təhlükəsizlik texnikasını bilmək və ona riayət etmək
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Məsuliyyətli olmaq
    • Uzunmüddətli əməkdaşlığa hazırlıq

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Mühafizəçi" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 6 Avqust  2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Təhlükəsizlik

    Bütün 31 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan