Application period has ended (8/6/2013). Services: 102 open vacancies
Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Xadime ]
Description
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.
Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”
Yevlax Günərzi Qayğı Mərkəzi
Xidməti Əsaslarla
Xadimə
vəzifəsinə elan verir!
İş Şərtləri
Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
Məşğullluq – tam
İş vaxtı – həftəlik 40 saat
Əmək Haqqı – 200 azn. (vergilər daxil olmaqla)
İş yeri – Yevlax Rayonu
Öhdəliklər
- Mərkəzdə otaqların, həmişə təmiz, səliqəli və gigiyena tələblərinə uyğun saxlanmasını təmin etmək.
- Mətbəxdə təmizlik işlərini hər gün yerinə yetirmək, qabları yumaq
- Vanna otağında təmizlik işlərini hər gün (lazım olduqda gündə bir neçə dəfə) yerinə yetirmək
- Pəncərələrin daim təmiz olmasını təmin etmək
- Bütün təmizləyici və mətbəx avadanlıqlarını saz vəziyyətdə saxlamaq
- Görüşlər zamanı qonaqlara çay, kofe vermək
- Təhlükəsizlik texnikasını bilmək və ona riayət etmək
- SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək
Minimum bilik, səriştə və keyfiyyətlər
- Komandada işləmə bacarığı
- Uzunmüddətli əməkdaşlığa hazırlıq
Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Xadimə" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 6 Avqust 2013-cü il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile