Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Psixoloq ]

    7/31/2013Deadline: 8/6/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Psixoloq
    vəzifəsinə elan verir.

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 400 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax rayonu

    Öhdəliklər:

    • Müvafiq  metodlar, testlər, müsahibə və davranışın birbaşa müşahidə olunması üsullarından istifadə etməklə layihədə faydalananların psixoloji statusunun, inkişaf ehtiyaclarının qiymətləndirilməsi, güclü  tərəflərin müəyyənləşdirilməsi;

     

    • Günərzi Qayğı Mərkəzinin təşkil etdiyi özünə dəstək qrupları (valideynlər birliyi, analar klubu, uşaqlar klubu və s.) üçün onların maraq və ehtiyaclarına uyğun olan səpkidə sosial – psixoloji təlimlərin keçirilməsi;
    • Psixoloji xidmətlərə ehtiyacı olan ailələrin təfsilatlı qiymətləndirrilməsi və Fərdi İnkişaf Planı tərtib edilməsi prosesində iştirak;

     

    • Uşaqlar və himayədarlar üçün müxtəlif mövzularda psixoloji təlimlərin təşkil olunması;
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Pedaqoji, psixoloji və ya  sosial iş sahəsində ali təhsil
    • Pedaqoji, psixoloji və  ya sosial iş sahəsində uşaqlarla iş təcrübəsi - azı 3 il
    • Uşaq haqları və onların müdafiəsi sahəsində biliklər
    • Monitorinq və qiymətləndirmə
    • Yüksək ünsiyyət bacarığı
    • Təşkilatçılıq və planlaşdırma bacarıqları
    • Komandada işləmək bacarığı
    • Kompüter savadı
    • Ana dili bilikləri

     

    Üstünlük verilən meyarlar

    • Yüksək motivasiya
    • Çeviklik
    •   Stresə davamlılıq 

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Psixoloq" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 6 avqust 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?