Skip to content

    Application period has ended (8/6/2013). Administrative: 130 open vacancies

    Vacancy

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Teserrufat isleri uzre Mudir ]

    7/31/2013Deadline: 8/6/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan”
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Təsərrüfat işləri üzrə Müdir

    vəzifəsinə elan verir!

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 400 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax rayonu

    Öhdəliklər

    • Mərkəzin inzibati sisteminə rəhbərlik etmək
    • Günərzi Qayğı Mərkəzinin resurslarından səmərəli istifadəni təmin etmək
    • Daxili Təchizat qaydalarının yerinə yetirilməsini təmin etmək
    • Daxili Təchizat qaydalarına əsasən, Mərkəzə bütün lazımi ehtiyacların alınmasını təmin etmək
    • Tender sənədlərini hazırlamaq
    • Tender üçün kotirovka sorğusunun keçirilməsini, müqavilələrin hazırlanmasını, imzalanmasını və lazımi sənədlərin muhasibatlığa təqdim olunmasını həyata keçirtmək
    • Menyunun düzgün tərtib edilməsinə, yeməklərin menyuya uyğun hazırlanmasına nəzarət etmək
    • Yeni avadanlıqların və gündəlik tələbat mallarının alınmasına həyata keçirtmək və cavabdeh olmaq
    • İşçiləri texniki-təhlükəsizlik qaydaları ilə tanış etmək
    • Mərkəzdə tədbirlərin keçirilməsində texniki məsələlərə yardımçı olmaq
    • Sanitar-gigiyenik rejimə nəzarət etmək
    • Anbarın qeydiyyatının aparılmasını həyata keçirtmək
    • Anbardan alınan məhsullara və yeməyin bişirilməsinə nəzarət etmək
    • Layihənin inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsinə nəzarət etmək
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

     

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Ali Təhsil
    • Minimum 3 il iş təcrübəsi
    • Şıfahi və yazılı ünsiyyət bacarıqları
    • Təsərrüfat idarə etmə bacarığı/təcrübəsi
    • Nəticəyə yönəliklik
    • Uzunmüddətli əməkdaşlığa hazırlıq
    • MS Office  Programı biliyi

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Təsərrüfat Müdiri" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 6 Avqust 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    View Company Profile

    Share

    Similar vacancies — Administrative

    All 130 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements