Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Layihe Meneceri ]

    7/31/2013Deadline: 8/6/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan”
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Layihə Meneceri

    vəzifəsinə elan verir!

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013(Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 500 azn. (vergilər daxil olmaqla)
    İş yeri – Yevlax Rayonu

     

    Öhdəliklər

    • Layihəyə cari rəhbərliyi həyata keçirmək
    • Layihədə pedaqoji, inzibati və texniki sahələrə nəzarət etmək və bu sahələrdə tabeliyində olan işçilərə lazımi dəstək göstərmək.
    • Mərkəzə cəlb olunmuş uşaqların yaş qrupu üzrə komplektləşdirilməsini təmin etmək
    • Layihə çərçivəsində sosial işin aparılmasını istiqamətləndirmək, işçilərə metodiki dəstək göstərmək
    • Təlim-tədris mühitini yaratmaq
    • Mərkəzə gələn uşaqların normal qidalanması, valideynlərlə davamlı işin aparılması prosesinə görə məsuliyyət daşımaq
    • Layihənin inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsini təmin etmək
    • Layihənin təsdiqlənmiş büdcəsini icra etmək
    • Aylıq xərclər hesabatını vaxtında və müəyyən olunmuş formada mühasibata təqdim etmək
    • Görülən fəaliyyətlər barədə aylıq hesabatlar haızrlamaq və proqram şöbəsinə təqdim etmək
    • Çalışdıqları uşaq və ailələrin hüquqlarını, o cümlədən, məxfilik hüquqlarını qorumaq
    • Müvafiq sənədlərin saxlanma qaydalarına riayət etmək
    • Layihənin maddi-texniki bazasının qorunmasını təmin etmək
    • Mərkəzdə sanitar vəziyyətə nəzarət etmək
    • Mütəmadi şəkildə Mərkəzin fəaliyyətini monitorinq etmək
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək  

     

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Ali təhsil
    • Minimum 3 il iş təcrübəsi
    • Əla şıfahi və yazılı ünsiyyət bacarıqları
    • Layihə idarəetmə bacarığı
    • Təqdimetmə bacarıqları
    • Nəticəyə yönəliklik
    • Uzunmüddətli əməkdaşlığa hazırlıq
    • MS Office  Programı biliyi

     

    Uyğun namizədlər əlavə CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Layihə Meneceri" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 6 Avqust  2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?