Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Yevlax Gunerzi Qaygi Merkezi Xidmeti Esaslarla [ Muhasib ]

    7/31/2013Deadline: 8/6/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    SOS Uşaq Kəndləri – Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 2013-cü ilin İyul ayında Yevlax rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzinin yaradılmasına dair sosial sifariş almışdır.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası  Günərzi Qayği Mərkəzinin ümumi məqsədi hər bir uşağın sosial, emosional, fiziki, əqli inkişafını təmin etmək və onlar üçün ruhlandırıcı ətraf mühit yaratmaqla De-İnstitutlaşma və Alternativ Qayğı Dövlət Proqramının (2006-2015) səmərəli sürətdə həyata keçirilməsinə töhfə verməkdir.

    Günərzi Qayğı Mərkəzi uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etməklə, ailə və cəmiyyətin tələbatını ödəyir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin edir, onların inkişafı üçün müxtəlif təlimlər həyata keçirir.

     “SOS Uşaq Kəndləri-Azərbaycan”
    Yevlax Günərzi Qayğı Mərkəzi

    Xidməti Əsaslarla
    Muhasib

    vəzifəsinə elan verir!

    Mühasib-xəzinədar layihədə ilkin mühasibat sənədlərinin düzgün qaydada toplanılmasına, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi, avans hesabatlarının qəbulu və təhlilinə cavabdehdir.

    İş Şərtləri
    Layihənin bitmə tarixi: 31.12.2013 (Maliyyə imkanlarından asılı olaraq uzadıla bilər)
    Məşğullluq – tam
    İş vaxtı – həftəlik 40 saat
    Əmək Haqqı – 400 azn. (vergilər daxil olmaqla)
    İş Yeri – Yevlax rayonu

    Öhdəliklər

    • Layihənin maliyyə fəaliyyətini həyata keçirmək
    • Layihənin xəzinədarlığının aparılması
    • Xəzinəyə daxil və xaric olan pul vəsaitlərinin qanunvericiliyə müvafiq olaraq qeydiyyatını aparmaq
    • Nəqd pul limitini təmin etmək, kassa kitabında gündəlik qeydlər aparmaq
    • Əmək haqqının hesablanması, ödənişini həyata keçirmək
    • Gündəlik və aylıq hesabatları hazırlamaq rəhbərliyə təqdim etmək
    • Mühasibat sənədlərini düzgün tərtib etmək
    • Yerli orqanlara maliyyə hesabatlarının verilməsini təmin etmək
    • Daxili təchizat qaydalarını yerinə yetirmək
    • Daxili kontrol sitemi həyata keçitmək və cavabdeh olmaq
    • SOS UK Azərbaycan Assosiasiyasının Davranış Kodeksinə və Uşaq Müdafiə Siyasəti qaydalarına riayət etmək

     

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində ali təhsil
    • Minimum 3 il iş təcrübəsi
    • Mühasibat uçotu ilə bağlı yerli qanunvericilik sahəsində biliklər/təcrübə
    • Təhlil aparma qabiliyyəti
    • Xəzinədarlıq sahəsində biliklər
    • Ünsiyyət bacarığı
    • Gərgin şəraitdə işləmə bacarığı
    • Büdcə hazırlama təcrübəsi
    • Kompüter biliyi (MS Office)
    • Məsuliyyət hissi

     

    Uyğun namizədlər CV-ni  aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Mühasib/Xəzinədar" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi : 6 Avqust   2013.

    •  

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?