Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Sosial Pedaqoq

    7/8/2013Deadline: 7/20/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    Sosial Pedaqoq

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan”

    Şən Avtobus layihəsinə Sosial Pedaqoq

    vəzifəsinə elan verir.

    Öhdəliklər

    • Komadanın rəvan fəaliyyətinə dəstək olmaq
    • Illik büdcə, məqsədlər və tədbirlər planının hazırlanmasında layihə koordinatoruna dəstək olmaq
    • Koordinatorla birgə müxtəlif ictimai yerlərdə və uşaq müəssisələrində mütəmadi olaraq tədbirlərin, oyunların, təhsil layihələrinin keçirilməsini təşkil etmək və iştirak etmək
    • Koordinatorla birgə ölkə üzrə aztəminatlı icmalar yaşan yerlərdə yay turlarını planlaşdırmaq və həyata keçirmək
    • Koordinatorla birgə valideynlər, pedaqoqlar, könüllülər üçün xüsusi mövzularda təlimlər və seminarlar təşkil etmək və həyata keçirmək
    • Oyun və digər tədbirlərin repertuarının təkmilləşdirilməsi və zənginləşdirilməsində iştirak etmək
    • Ictimaiyyətlə əlaqələr və fandreyzinq məqsədilə Şən Avtobus  təqdimatını hazırlamaq və vaxtaşırı yeniləmək
    • Yeni oyun materiallarını yaratmaq, mövcud materiallar, oyunlar və Şən Avtobus maşınının yaxşı vəziyyətdə olmasını təmin etmək
    • Təşkilatın missiya və məqsədlərinin ictimaiyyətdə davamlı olaraq yayılmasını təmin etmək məqsədilə yerli KİV ilə yaxşı əməkdaşlıq münasibətləri qurmaq

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Sosial iş və ya təhsil sahəsində ali təhsil 
    • Sosial iş və ya təhsil sahəsində 3 ildən çox iş təcrübəsi
    • Yaradıcılıq və yeni oyunların teşkil olunması qabiliyyəti/təcrübəsi
    • İcmada və ictimayi yerlərdə  işləmək  bacarığı/təcrübəsi
    • „B” kategoriyali sürücülük vəsiqəsi
    • Idarə etdiyi avtomobilə cavabdeh olmaq bacarığı
    • Uşaglarla ünsiyyət qurmaq  bacarıqı
    • Komandada işləmək bacarıqı
    • Azərbaycan, ingilis və rus dillərini əla bilməsi
    • Yaradıcılıq və yeni oyunların teşkil olunması qabiliyyəti/təcrübəsi

     

    Üstünlük verilən meyarlar

    • QHT sektorunda təcrübə

     

    Uyğun namizədlər CV-ni aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial Pedaqoq" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 20 İyul 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?