“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“Dövlət uşağa qayğı müəssisələrini tərk etməkdə olan və tərk etmiş Gənclərin sonrakı həyatını tənzimləyən Mexanizmlərin yaradılması” layihəsi üçün Həyat bacarıqları adlı metodik vəsaitin hazırlanması
Problemin Təsviri
Deinstitutlaşdırma və uşaq müdafiəsi idarəsi (DUMİ) verdiyi məlumata əsasən dövlət müəssisələrinin xidmətlərindən istifadə edən uşaqların ümumi sayı 2012-ci ilin noyabr ayına 9776 nəfər təşkil edirdi. Bunlardan yalnız 3750 nəfəri müəssisədə daimi əsasla qalırdı, bu isə institutlaşdırmaya məruz qalmış ümumi uşaqların 38%-ni təşkil edir. Ümumilikdə təhsil və gün ərzi qayğıdan bəhrələnmək üçün dövlət müəssisələrində 6026 uşaq vardır. Tədqiqat çərçivəsində 16 saylı müəssisədə aparılmış qiymətləndirmə zamanı müəssisədə daimi əsasla yaşayan uşaqların faiz nisbətinin demək olar ki eyni göstəriciyə bərabər olduğu aşkarlamışdır (38%), lakin 7 və 2 saylı müəssisələrdə faiz nisbətləri müxtəlifdir. 7 saylı Suraxanı müəssisəsində ümumi uşaqların 22%-i, 2 saylı Xəzər rayon müəssisəsində isə uşaqların 97%-i müəssisədə daimi əsasla qalırlar.
Qayğıdan azad olunan gənclərin statistik rəqəm olaraq ifadə etmək çətin olsa da il ərzində 500-800 arası gənc qapalı müəssisələri tərk edirlər və onların rastalşdıqları başlıca problem cəmiyyətə sosial inteqrasiyadır. Qayğıdan azad olan gənclərin problemlərini aşağıdakı kimi də qruplaşdırmaq olar:
Sağlamlıq – bu gənclərin tibbi qayğıya ehtiyacları təmin olunmur, onlara heç bir yardım qanunvericilikdə nəzərdə tutulmur;
İş – Qayğını tərk edən gənclər peşə təhsilinə malik olmur, bazar iqtisadiyyatı barədə məlumatlı deyillər və bazar iqtisadiyyatının tələb etdiyi bacarıqlara malik olmurlar. Biznes təşkilatlarının heç bir vergi güzəştləri və digət rəğbətləndirici güzəştləri və məsuliyyətləri yoxdur ki, bu gəncləri işlə təmin etsinlər.
Təhsil – Təcrid olunmuş halda yaşama və xarici monitoringin olmaması müəssisələrdə tərbiyə alan gənclərin diskriminasiyasına gətirib çıxarır. Ali məktəblərə və texniki peşə məktəblərinə qəbul imlkanları çox məhdud və ya praktikada nəzərə çarpmayacaq dərəcədədir. Qanunvericilikdə qayğıdan azad olunan gənclərin təhsil haqqlarından azad olunması proseduru işləmir və yalnız sosial baxımdan hər iki valideyinindən məhrum olmuş uşaqlara şamil edilir.
Yaşayış yeri – Yerli icra orqanları bu gəncləri yaşayış yeri ilə, həmçinin müvəqqəti yaşayış yerləri ilə təmin etmir.
Sosial müdafiə - Ünvanlı sosial yardım almaq imkanları məhduddur.
Müdafiə - (sui-istifadə, traffiking, seksual istismar və s. hallardan müdafiə) – Evsiz, işsiz olma və qayğı sistemindən kənar qalma zamanı bu gənclər insan alverinin qurbanı olma, seksual istismar və zorakılığın digər növlərinin qurbanı olmaq üçün çox zəif/tez sınan olurlar.
Cinayətkarlıq – Zəif, tez sınan və yaşayış üçün pul qazanma imkanlarının olmaması bir çox gənci cinayətkarlığa və cinayət törətməyə sövq edir.
Qeyd olunan problemləri nəzərə alaraq SOS Ushaq Kəndləri Azərbaycan Assosiasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Dövlət uşağa qayğı müəssisələrini tərk etməkdə olan və tərk etmiş Gənclərin sonrakı həyatını tənzimləyən Mexanizmlərin yaradılması” layihəsinin icrasına başlamışdır.
Qayğıdan azad olan və qayğını tərk etmə mərhələsində olan gənclər üçün “Həyat bacarıqlarını” inkişaf etdirəcək təlim tədris materialının hazırlanması layihənin əsas məqsədlərindən biridir. Həyat bacarıqları tədris vasitəsi kimi gənclərə təlimlərdə tədris ediləcəkdir.
Konsultasiya müddəti 01 İyul 2013-cü il tarixdən – 31 Avqust 2013-cü il tarixədək davam edəcəkdir.
Uyğun namizədlər və ya təşkilatlar tərcümeyi hallarını və ya təşkilatın nizamnaməsini və bu sahədə görülən işlər haggda təsdiqedici sənəd, aşağıdakı e-mail ünvanına 30 iyun 2013-cü il tarixə dək göndərə bilərlər : [email protected]

435 announcements