Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gence Filialina [ Surucu ]

    6/11/2013Deadline: 6/15/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Gəncə Filialına
    Xidməti əsaslarla

    Sürücü

    vəzifəsinə elan verir.

    İş vaxtı
            09:00-18:00

    Öhdəliklər

    • Sağlam və təhlükəsiz mühit yaratmaq
    • Uşaqlarla nümunəvi tərzdə davranmaq
    • SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının fəlsəfəsini və məqsədlərini anlamaq və dəstəkləmək
    • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş öhdəlikləri yerinə yetirmək
    • İstifadə etdiyi avtomobilin sıradan çıxmış ehtiyyat hissələri və uyğunsuzluqları barədə dərhal birbaşa rəhbərə hesabat vermək
    • Ehtiyac duyulduqda proqramda fəaliyyət göstərən digər layihələr üçün də sürücü vəzifəsini icra etmək
    • Ailələrlə təmas zamanı ailələrin konfidensiallığını(məxfiliyini) təmin etmək.
    • Həvalə olunan avtomobilin yaralığına, təmizliyinə və istifadəsinə  cavabdeh olmaq.

    Minimum bilik, səriştə və keyfiyyətlər

    • Ünsiyyətcil,komanda işində çalışma bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • İlkin tibbi yardım bilikləri
    • Məsuliyyətli,düzgün,dəqiq və etibarlı
    • D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq
    • Avtomobillərin texniki ehtiyacları haqqında məlumatlı olmaq
    • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
    • Sərnişinlərin vaxtında , lazımi yerlərə çatdırılmasını təmin etmək bacarığı/təcrübəsi
    • Yol Hərəkəti Qaydalarına ciddi riayət etmək bacarığı

    Uyğun namizədlər CV-ni  aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "CV Ganja Sürücü" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 15 Iyun 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?