Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    (Bakida yerlesen oglanlar ucun) II Gencler Evi Terbiyecisi

    5/14/2013Deadline: 5/20/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Sığınacaq Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafının təmin olunması, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası

    Bakıda yerləşən oğlanlar üçün II Gənçlər Evi  Tərbiyəçisi vəzifəsinə elan verir:

    İşin təsviri

    • Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi sahəsində dəstək
    • Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
    • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
    • Gənclərin asudə vaxtlarının təşkili
    • Praktik həyati səriştələrin inkişaf etdirilməsi
    • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

    Mütləq meyarlar

    • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Komandada işləmək istəyi və bacarığı
    • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Əlavə Peşəyönümlü təhsil(Təlim,seminarlar)
    • Yüksək əxlaqi keyfiyyətlər
    • Azərbaycan dili biliyi

    Əlavə meyarlar

    • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
    • Dözümlülük, çeviklik
    • Stress və böhranın idarə edilməsi bacarığı
    • İlk tibb yardım göstərmək bacarığı
    • Kompyuter bilikləri

    İş Şərtləri:

    • Əmək haqqı – 550 AZN (qross)
    • İş yeri – Bakı ş.
    • İş günləri – Növbəli

    Xahiş olunur, CV-lərinizi  aşağıdakı e-mail ünvanına göndərəsiniz
    (yalnız elektron ərizələr nəzərdən keçiriləcək):

    [email protected]

    CV-lərin son göndərilmə tarixi: 20 May  2013-cü il

    Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Tərbiyəçi ” yazmağınız xahiş olunur.

    “SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?