Application period has ended (5/20/2013). Security: 30 open vacancies
Description
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Xətai filialına
Xidməti Əsaslarla
Gözətçi
vəzifəsinə elan verir.
Öhdəliklər
- Filialda yaşayanların təhlükəsizliyini və SOS mülkiyyətinin mühafizəsini təmin etmək.
- SOS Uşaq Kəndi ərazisində yaşayan Tərbiyəçi Ana/Xalaların gediş gəliş saatlarını qeyd etmək
- Qonaqların qeydiyyatını aparmaq.İçməli su ehtiyyatının anbara yığılmasına nəzarət etmək.
Minimum bilik, səriştə və keyfiyyətlər
- İdarə, təşkilat və ya hər hansı bir şirkətdə gözətçi vəzifəsində ən azı 1 il iş təcrübəsi
- Komanda işində işləmə bacarığı
- Sosial və təşkilatı bacarıqlar
- Uşaq haqqları və onların müdafiəsi haqqında məlumatlı olmaq
- Məsuliyyətli
- Ilkin tibbi yardım bilikləri
- Dözümlü, çevik və səbrli
- Sağlam və Təhlukəsiz mühit yaratmaq bacarığı
Üstünlük verilən meyarlar
- Peşəkar
- 25- 50 yaş həddi
- Şəxsi inkişaf istəyi
Uyğun namizədlər CV-ni aşağıdakı e-mail ünvanına
göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Gözətçi" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 20 May 2013-cü il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
