İŞ ELANI
Korporativ Fandreyzer
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”
Korporativ Fandreyzer
vəzifəsinə elan verir.
Öhdəliklər
- Potensial donor və sponsorlarla mütəmadi olaraq görüşmək və onlarla əlaqələrin qurulması prosesinin həyata keçirilməsində zəruri işlərin görülməsini təmin etmək.
- İl ərzində qarşısına qoyulmuş maliyyə məqsədə nail olmaq.
- Sponsor və donorları cəlb etmək məqsədilə müxtəlif fandreyzinq tədbirləri təşkil etmək .
- Fandreyzinq biznes-planı və büdcəsini hazırlamaq
- SOS brendinin ictimaiyyətdə yayılmasını təmin etmək
- Layihələrdə fandreyzinq tədbirlərinin monitorinq və qiymətləndirməsini aparmaq
- Effektivliyi və məqsədəuyğunluğuna görə FR alətlərini araşdırmaq və təkmilləşdirmək
- FR kampaniyaları üzrə geniş məlumat bazasını yaratmaq (ianələrin məbləği, sponsorlar, təşəkkür məktubları və s.)
- Donorlarla uzunmüddətli əlaqələrin saxlanmasının təmin etmək
- Ölkədə FR vəziyyəti ilə bağlı bazar araşdırması aparmaq
Minimum bilik, səriştə və keyfiyyətlər
- Biznes idarəetməsi, marketinq, iqtisadiyyat və ya fandreyzinq sahələrində ali təhsil
- Fandreyzinq, marketinq və satış sahəsində ən azı 3 illik iş təcrübəsi
- Fandreyzinq imkanlarını müəyyənləşdirmək və dəyərləndirmək bacarığı
- Əla şıfahi və yazılı ünsiyyət bacarıqları
- Təqdimetmə bacarıqları
- Strateji planlaşdırma, büdcələmə, təhlil və qiymətləndirmə sahələrində təcrübə
- Nəticəyə yönəliklik
- Uzunmüddətli əməkdaşlığa hazırlıq
- Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi) – sərbəst
- MS Office, həmçinin Power Point Programı biliyi
- Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı
- Son tarixləri izləmək bacarığı
Üstünlük verilən meyarlar
- Sponsorluq işində təcrübə
- QHT sektorunda təcrübə
- Biznes, reklam, yayım və media dairələrində əlaqələr
Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına
göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
[email protected]
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "FR" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 10 May 2013-cü il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.