Təsvir
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası
Xətai rayon filialına
Kənd Direktoru Assistenti
vəzifəsinə elan verir.
Öhdəliklər
- Kadr sənədlərinin təşkili (əmrlər, əmək müqavilələri, vəzifə təlimatları, aylıq tabel, arayışlar, statistika və.s.), hazırlanması.
- Yeni qəbul olunan işçilərin qeydiyyatı və şəxsi işin açılmasının təşkili.
- Katib vəzifəsi üzrə müvafiq işlərin yerinə yetirilməsi.
- Beynəlxalq Sponsorluq Proqramı üzrə uşaqlar və kənd haqqında illik hesabatların İnglis dilində tərtib olunması.
- Digər ümumi işlərin Uşaq Kəndi səviyyəsində təşkil etmək.
Tələb olunan bilik, səriştə və keyfiyyətlər
- Ali təhsil.
- Assistent vəzifəsində ən azı 3-5 il iş təcrübəsi
- İnsan Resursları sahəsində biliklər
- Azərbaycan, Rus və İngilis dili bilikləri
- Kompyuter bilikləri
- Sosial və təşkilati bacarıqlar
- Ünsiyyətcil, komanda işində çalışma bacarığı, təşəbbüskarlıq.
Üstünlük verilən meyarlar
- İnsan Resursları sahəsində iş təcrübəsi
Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına
göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "KD Assistenti" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 01 May 2013-cü il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
SOS Uşaq Kəndləri Azərbaycan
435 elan
Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili