İŞ ELANI
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf”
beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır.
Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək
təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı
və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o
cümlədən, Bakı,Sumqayıt və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla
fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa
çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında,
ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə
köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat
almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası
Gəncədə yerləşən Gənclər Evinə Tərbiyəçi/Lider vəzifəsinə elan verir:
Gənclər Evinin (GE)Tərbiyəçisi qayğısında olan gənclərin fərdi inkişafının
dəstəklənməsi, müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün
cavabdehdir. O, “SOS uşağa qayğı modeli” çərçivəsində qayğısında olan gənclərə
təhsil və peşə secimi üzrə məsləhətlər verir, onlar üçün təlim və görüşlər təşkil
edir, onlara praktik həyat və sosial qabiliyyətlərin inkişafında dəstək göstərir.
GE Tərbiyəçisi gənclərin bioloji valideynləri, təhsil ocaqları və iş yerləri ilə sıx
əməkdaşlıq edir. O, qayğısında olan gənclərin fərdi büdcəsinin xərclənməsinə və onlar
tərəfindən ev təsərrüfatının idarə edilməsinə görə birbaşa cavabdehdir.
Mütləq meyarlar
Təhsil-ali (Pedaqogika,psixologiya,sosiologiya və ya sosial iş)
İş təcrübəsi –Uşaq və gənclərlə iş sahəsində ən azı 3 il iş təcrübəsi
Şəxsi keyfiyyətlər-Ünsiyyətcil,komanda ilə çalışmaq bacarığı
Yaradıcı,təşəbbüskar
Sosial və təşkilati bacarıqlar
Uşaq hüquqları və onların müdafiəsi haqda məlumatlı
Ölkədəki uşaq hüquqları və sosial sistemi haqda məlumatlı
Komputer bilikləri
Azərbaycan və rus dili
Peşəkar
praktik həyat bacarıqları
dözümlü,çevik və səbirli
konflikt,stres və böhranın idarə olunması bacar
ingilis dili
maliyyə hesabatları
Əsas vəzifə və öhdəliyi
• Yarımmüstəqil həyat proqramı daxil olmaqla Gəncin Qayğıya Cavabdeh Şəxsi
olmaq
• Gənclərin Uşaq Kəndindən Gənclər Evinə hazırlanması və keçıdi prosesində fəal
iştirak etmək
• Gayğısında olan hər bir gənc üçün sağlam və mühafizə olunmuş həyat yaratmaq
• Gayğısında olan hər bir gəncə praktik həyat qabiliyyətlərinin və sosial
qabiliyyətlərinin inkişafına dəstək göstərmək
• Fərdi və qruplarda gənclərlə məsləhət xarakterli mütəmadi görüşlər keçirmək
• Qayğısında olan hər bir gəncə öz həyatına görə məsuliyyəti üzərinə götürməkdə
dəstək olmaq
• Qayğısında olan hər bir gəncin təhsil və peşə seçimində düzgün
istiqamətləndirilməsinə əmin olmaq
• Qayğısında olan gənclərin təhsil aldıqları təhsil müəssisələri və iş yerləri ilə
əməkdaşlıq münasıbətləri yaratmaq
• Qayğısında olan gənclərə müstəqil olaraq iş axtarmağı öyrətmək
• Daimi olaraq iş bazarını öyrənmək, yerli şirkətlərlə münasibətlər yaratmaq və vakant
iş yerləri haqda gayğısında olan gəncləri məlumatlandırmaq
• Qayğısında olan gəncləri maliyyədən düzgün istifadə sahəsində maarifləndirmək və
fərdi büdcəsinin xərclənməsində kömək və nəzarət etmək
• Qayğısında olan gənclərin gündəlik həyatının təşkil edilməsini təmin etmək
• Qayğısında olan gəncləri ev təsərrüfatının düzgün idarə olunmasına
istiqamətləndirmək
• Gayğısında olan gənclərin asudə vaxtlarının təşkil edilməsini təmin etmək
• Gayğısında olan gənclərə kiçik biznes proqramlarına başlamaq haqda məsləhət
vermək
• Yarımmüstəqil həyat proqramında yaşayan və gayğısında olan gənclərə lazımi
dəstək göstərmək və onlarla təşkilat arasında olan emosional bağlılığın qorunub
saxlanılmasına əmin olmaq
• Qayğısında olan hər bir gəncin Fərdi İnkişaf Planlaşdırması prosesinin həyata
keçirmək
• Layihəyə cari rəhbərliyi həyata keçirtmək
• Layihənin inzibati, maliyyə və.s. resurslarının məqsədyönlü şəkildə istifadəsini təmin
etmək.
• Gənclər Evi İllik İş Planını tərtib etmək
• Gənclər Evi Təhsil Konsepsiyasının tərtibində iştirak etmək
• İllik Planda yazılan bütün fəaliyyətlərin büdcədə öz əksini tapmasına əmin olmaq
İş Şərtləri:
Əmək haqqı – 550AZN (vergilərdaxil)Əgər özünüzdə bu keyfiyyətləri görürsünüzsə xahiş olunur, CV-lərinizi aşağıdakı e- mail ünvanına göndərəsiniz
CV-lərin son göndərilmə tarixi
15 Fevral 2013-cü il
Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Tərbiyəçi/Lider ” yazmağınız xahiş olunur.
Tələsin, Yeniyetmələr Tərbiyəçi gözləyirlər
Ətraflı məlumat almaq üçün həftənin iş günləri (1-5) saat 14.00-17.00-a qədər zəng
edə bilərsiniz.
Telefonlar: (012) 489 02 96-97
“SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-
Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

435 announcements