Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Korporativ Fandreyzer

    1/29/2013Deadline: 2/15/2013Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    Korporativ Fandreyzer

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan”

    Korporativ Fandreyzer

    vəzifəsinə elan verir.

    Öhdəliklər

    • Potensial donor və sponsorlarla mütəmadi olaraq görüşmək və onlarla əlaqələrin qurulması prosesinin həyata keçirilməsində zəruri işlərin görülməsini təmin etmək.
    • İl ərzində qarşısına qoyulmuş maliyyə məqsədə nail olmaq.
    • Sponsor və donorları cəlb etmək məqsədilə müxtəlif fandreyzinq tədbirləri təşkil etmək .
    • Fandreyzinq biznes-planı və büdcəsini hazırlamaq
    • SOS brendinin ictimaiyyətdə yayılmasını təmin etmək
    • Layihələrdə fandreyzinq tədbirlərinin monitorinq və qiymətləndirməsini aparmaq
    • Effektivliyi və məqsədəuyğunluğuna görə FR alətlərini araşdırmaq və təkmilləşdirmək
    • FR kampaniyaları üzrə geniş məlumat bazasını yaratmaq (ianələrin məbləği, sponsorlar, təşəkkür məktubları və s.)
    • Donorlarla uzunmüddətli əlaqələrin saxlanmasının təmin etmək
    • Ölkədə FR vəziyyəti ilə bağlı bazar araşdırması aparmaq
    Minimum bilik, səriştə və keyfiyyətlər
    • Biznes idarəetməsi, marketinq, iqtisadiyyat və ya fandreyzinq sahələrində ali təhsil
    • Fandreyzinq, marketinq və satış sahəsində ən azı 3 illik iş təcrübəsi
    • Fandreyzinq imkanlarını müəyyənləşdirmək və dəyərləndirmək bacarığı
    • Əla şıfahi və yazılı ünsiyyət bacarıqları
    • Təqdimetmə bacarıqları
    • Strateji planlaşdırma, büdcələmə, təhlil və qiymətləndirmə sahələrində təcrübə
    • Nəticəyə yönəliklik
    • Uzunmüddətli əməkdaşlığa hazırlıq
    • Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi) – sərbəst
    • MS Office, həmçinin Power Point Programı biliyi
    • Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı
    • Son tarixləri izləmək bacarığı
    Üstünlük verilən meyarlar
    • Sponsorluq işində təcrübə
    • QHT sektorunda təcrübə
    • Biznes, reklam, yayım və media dairələrində əlaqələr

    Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına
    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "FR" yazasınız.

    Ərizələrin göndərilməsinin son tarixi 15 Fevral 2013-cü il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz
    işçilərinə geniş inkişaf imkanları yaradır.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?