Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Xetai filialina Bas Muhasib

    11/12/2012Deadline: 11/30/2012Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

     “SOS Uşaq Kəndləri-Azərbaycan”

    Xətai filialına Baş Mühasib

    vəzifəsinə elan verir.

    İş şərtləri

      1. Məşğullluq – tam
      2. İş vaxtı – həftəlik 40 saat
      3. Əmək Haqqı – 1200 AZN (vergilər daxil olmaqla)

    Baş mühasib filialın  ümumi maliyyə fəaliyyətini koordinasiya edir.

    Minimal meyarlar

      1. Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində Ali təhsil
      2. Baş Mühasib/Maliyyə Müdiri vəzifəsində ən azı 3-5 il iş təcrübəsi
      3. Mühasibat uçotu ilə bağlı yerli qanunvericilik sahəsində biliklər
      4. Azərbaycan dili - əla
      5. Ingilis dili - əla
      6. Rus dili - əla 

    Bilik və bacarıqlar

      1. Yerli mühasibat standartları sahəsində təcrübə
      2. Maliyyə hesabatlarının idarə olunması və mütəmadi yoxlamaq bacarığı
      3. Dövlət büdcəsi ilə işləmə təcrübəsi
      4. Filial üzrə maliyyə nəzarəti yerinə yetirmək bacarığı
      5. Müstəqil olaraq Büdcə tərtib etmə və büdcəni idarə etmək təcrübəsi
      6. Maliyyə analizi etmək bacarığı və təcrübəsi
      7. Maliyyə sənədlərinin tərtib etmə bacarığı və təcrübəsi
      8. Gündəlik və aylıq hesabatların rəhbərliyə tərtib və təqdim olunması təcrübəsi və bacarığı
      9. Beynəlxalq təşkilatlarda işləmə təcrübəsi
      10. Maliyyə idarə etmə bacarığı və təcrübəsi
      11. Təhlil aparma qabiliyyəti , təcrübəsi
      12. Ünsiyyət bacarığı
      13. Gərgin şəraitdə işləmə bacarığı
      14. Kompyuter biliyi (MS Office, 1 C, )
      15. Məsuliyyət hissi

    Əlavə meyarlar

      1. NAVISION mühasibat proqramı üzrə biliklər
      2. Komandada işləmə bacarığı
      3. Kvalifikasiyasını təkmilləşdirməyə hazırlıq

    Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına

    göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):
     
    [email protected]  

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " Filial Baş Mühasib" yazasınız.  

    Ərizələrin göndərilməsinin son tarixi 30 Noyabr 2012-ci il.    

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?