Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Baki ve Gencede yerlesen Usaq Kendlerinde SOS ANA

    8/10/2012Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında, ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası

    Bakı və Gəncədə yerləşən Uşaq Kəndlərində SOS ANA  vəzifəsinə elan verir:

    İşin təsviri

    Tərbiyəçi –Ana onun öhdəsinə verilmiş  6 uşaqla birlikdə Uşaq kəndində  yaşayır və bu ailəyə rəhbərlik edərək, uşaqları ana qayğısı ilə böyüdür.

    Mütləq meyarlar

    • Yaş həddi – 35-45 yaş arası
    • Təhsil və iş təcrübəsi – ən azı orta ixtisas təhsili;pedaqoji və ya psixoloji təhsili və iş təcrübəsi;eyni zamanda  dayə iş təcrübəsi olanlara üstünlük veriləcək
    • Ailə vəziyyəti- tənha xanımlar, o cumlədən, övladlarını boya-başa çatdırmış və artıq müstəqil olan xanımlar
    • Uzun muddət SOS Uşaq kəndində yaşamağa və əməkdaşlığa hazır olan xanımlar
    • Peşəkar təlimlər vasitəsilə  müntəzəm inkişaf prosesində vacib bilik və bacarlqları qazanmağa hazır olanlar
    • Sağlam fiziki və psixi durumda olanlar
    • Səbirli,vicdanlı,məsuliyyətli olanlar
    • Ailə büdcəsini planlaşdıran və düzgün idarə edənlər
    • Ünsiyyət bacarığı olanlar

    İş Şərtləri:

    • Əmək haqqı – AZN
    • İş yeri – Bakı və Gəncə şəhərləri

          İş günləri – tam məşğul

                                    Tələsin, Uşaqlar  ana gözləyirlər
    Ətraflı məlumat almaq üçün həftənin iş günləri (1-5) saat 14.00-17.00-a qədər zəng edə bilərsiniz. Telefon: (012) 489 02 96-97

    SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.
                    

    “

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?