İŞ ELANI
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında, ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası
Bakıda yerləşən Gənclər Evinə Tərbiyəçi vəzifəsinə elan verir:
Gənclər Evinin (GE)Tərbiyəçisi qayğısında olan gənclərin fərdi inkişafının dəstəklənməsi, müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa-qayğı modeli çərçivəsində qayğısında olan gənclərə təhsil və peşə secimi üzrə məsləhətlər verir, onlar üçün treninq və görüşlər təşkil edir, və onlara praktik həyat və sosial qabiliyyətlərin inkişafında dəstək göstərir. GE Məsləhətçisi bioloji valideynlər, təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq edir. O, qayğısında olan gənclərin fərdi büdcəsinin xərclənməsinə və onlar tərəfindən ev təsərrüfatının idarə edilməsinə görə birbaşa cavabdehdir.
Yarımmüstəqil həyat proqramı daxil olmaqla Gəncin Qayğıya Cavabdeh Şəxsi olmaq
Gənclərin Uşaq Kəndindən Gənclər Evinə hazırlanması və keçıdi prosesində fəal iştirak etmək
Gayğısında olan hər bir gənc üçün sağlam və mühafizə olunmuş həyat yaratmaq
Gayğısında olan hər bir gəncə praktik həyat qabiliyyətlərinin və sosial qabiliyyətlərinin inkişafına dəstək göstərmək
Fərdi və qruplarda gənclərlə məsləhət xarakterli mütəmadi görüşlər keçirmək
Qayğısında olan hər bir gəncə öz həyatına görə məsuliyyəti üzərinə götürməkdə dəstək olmaq
Qayğısında olan hər bir gəncin təhsil və peşə seçimində düzgün istiqamətləndirilməsinə əmin olmaq
Qayğısında olan gənclərin təhsil aldıqları təhsil müəssisələri və iş yerləri ilə əməkdaşlıq münasıbətləri yaratmaq
Qayğısında olan gənclərə müstəqil olaraq iş axtarmağı öyrətmək
Daimi olaraq iş bazarını öyrənmək, yerli şirkətlərlə münasibətlər yaratmaq və vakant iş yerləri haqda gayğısında olan gəncləri məlumatlandırmaq
Qayğısında olan gəncləri maliyyədən düzgün istifadə sahəsində maarifləndirmək və fərdi büdcəsinin xərclənməsində kömək və nəzarət etmək
Qayğısında olan gənclərin gündəlik həyatının təşkil edilməsini təmin etmək
Qayğısında olan gəncləri ev təsərrüfatının düzgün idarə olunmasına istiqamətləndirmək
Gayğısında olan gənclərin asudə vaxtlarının təşkil edilməsini təmin etmək
Gayğısında olan gənclərə kiçik bizness proqramlarının başlanmasında məsləhətlər vermək
Yarımmüstəqil həyat proqramında yaşayan və gayğısında olan gənclərə lazımi dəstək göstərmək və onlarla təşkilat arasında olan emosional bağlılığın qorunub saxlanılmasına əmin olmaq
Qayğısında olan hər bir gəncin Fərdi İnkişaf Planlaşdırması prosesinin həyata keçirmək
İş günləri – növbəli(gecə saatları daxil olmaqla)
CV-lərin son göndərilmə tarixi 25 iyul 2012-ci il
Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Tərbiyəçi ” yazmağınız xahiş olunur.
Tələsin, Yeniyetmələr Tərbiyəçi gözləyirlər
“SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.

435 announcements