Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Bakida yerlesen Gencler Evine LIDER

    7/13/2012Deadline: 7/25/2012Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında, ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az


    “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası

    Bakıda yerləşən Gənclər Evinə Lider vəzifəsinə elan verir:


    İşin təsviri

    Gənclər Evinin (GE)Lideri Tərbiyəçi-ana kimi gənclərin fərdi inkişafının dəstəklənməsi, onların müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa qayğı modeli çərçivəsində gənclər üçün müxtəlif fəaliyyət növləri təşkil edir və effektiv komanda yaradaraq, onlarla birlikdə bu fəaliyyətləri həyata keçirir. GE Lideri SOS Uşaq Kəndinin komandası və xüsusi ilə də SOS Anaları ilə sıx əməkdaşlıq edir. O, Gənclər Evinin idarə edilməsi və malliyyə hesabatlarına görə birbaşa cavabdehdir.


    Mütləq meyarlar

    • Yaş həddi – 30 yaşdan yuxarı
    • Təhsil-ali (Pedaqogika,psixologiya,sosiologiya və ya sosial iş)
    • İş təcrübəsi –Pedaqoji,uşaq və gənclərlə iş sahəsində ən azı 5 il iş təcrübəsi
    • Şəxsi keyfiyyətlər-Ünsiyyətcil,komanda ilə çalışmaq bacarığı
    • yaradıcı,təşəbbüskar
    • sosial və təşkilati bacarıqlar
    • uşaq hüquqları və onların müdafiəsi haqda məlumatlı
    • ölkədəki uşaq hüquqları və sosial sistemi haqda məlumatlı
    • komputer bilikləri
    • Azərbaycan və rus dili

    Arzu olunan meyarlar

    • Peşəkar
    • praktik həyat bacarıqları
    • dözümlü,çevik və səbirli
    • konflikt,stres və böhranın idarə olunması bacarığı
    • şəxsi inkişaf istəyi
    • ingilis dili
    • maliyyə hesabatları
    • GE tərbiyəçilərinin iş prosesinin təşkili və nəzarət

    Əsas vəzifə və öhdəliyi

        • Layihəyə cari rəhbərliyi həyata keçirmək

        • Layihə çərçivəsində sosial işin aparılmasında Uşaq Kəndinin social işçisinə dəstək olmaq

        • Layihənin inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsini    təmin etmək

        • Gənclər Evinin işçi heyətini idarə etmək və onların inkişafına və dəstəklənməsinə əmin olmaq
    • Gənclər evinin daxili qaydalarını tərtib etmək və onların həyata keçirilməsinə nəzarət etmək
    • Gənclərin şəxsi inkişafını istiqamətləndirmək
    • Gənclər üçün təhsil və peşə seçimini düzgün istiqamətləndirmək
    • Gəncləri müstəqil həyata hazırlamaq
    • Gəncləri maliyyədən düzgün istifadə sahəsində maarifləndirmək
    • Gənclərin gündəlik həyatını təşkil etmək
    • Gənclərin asudə vaxtını təşkil etmək
    • Gənclərin təhsil aldıqları təhsil müəssisələri və iş yerləri ilə əməkdaşlıq münasıbətləri qurmaq

    • Gənclərin müstəqil olaraq iş axtarmasına əmin olmaq  

    • Gəncləri “Ev əldə etmək proqramına“ istiqamətləndirmək  

    • Gənclər Evinin İllik İş Planının yazılmasına rəhbərlik etmək

    • İllik Planında yazılan bütün fəaliyyətlərin büdcədə öz əksinin tapılmasına əmin olmaq

    • Maliyyə və büdcə məsəslələrinin idarə edilməsində gayğısında olan gənclərə dəstək göstərmək

    • Komanda ilə birlikdə Gənclər Evinin illik büdcəsini tərtibatında iştirak etmək və onun xətclənməsinə nəzarət etmək


    İş Şərtləri:

    • Əmək haqqı – AZN
    • İş yeri – Bakı şəhəri

         İş günləri – 1-5-ci günlər saat 9.00-dan 18-00-a qədər


    Əgər özünüzdə bu keyfiyyətləri görürsünüzsə xahiş olunur, CV-lərinizi  aşağıdakı e-mail ünvanına göndərəsiniz


    [email protected]


    CV-lərin son göndərilmə tarixi           25 iyul  2012-ci il



    Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE lider ” yazmağınız xahiş olunur.


                                   Tələsin, Yeniyetmələr Lider gözləyirlər


    Ətraflı məlumat almaq üçün həftənin iş günləri (1-5) saat 14.00-17.00-a qədər zəng edə bilərsiniz.
    Telefonlar: (012) 489 02 96-97

    “SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.


    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?