Application period has ended (2/5/2012). Administrative: 130 open vacancies
From the attached document
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS
Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir.
Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Sığınacaq Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək
Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS
Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 16 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafının təmin olunması, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz:
www.sosushaqkendleri.az
“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası
Yeni Açılan III Gənçlər Evi Məsləhətçisi vəzifəsinə elan verir:
İşin təsviri
• Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi sahəsində dəstək
• Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
• Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
• Gənclərin asudə vaxtlarının təşkili
• Praktik həyati səriştələrin inkişaf etdirilməsi
• Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
Mütləq meyarlar
• Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil
• Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
• Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
• Sosial və təşkilati bacarıqlar
• Komandada işləmək istəyi və bacarığı
• Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
• Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
• Əlavə Peşəyönümlü təhsil(Təlim,seminarlar)
• Yüksək əxlaqi keyfiyyətlər
• Azərbaycan dili biliyi
Əlavə meyarlar
• Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
• Dözümlülük, çeviklik
• Stress və böhranın idarə edilməsi bacarığı
• İlk tibb yardım göstərmək bacarığı
• Kompyuter bilikləri
İş Şərtləri:
• Əmək haqqı – 550 AZN (qross)
• İş yeri – Bakı ş.
• İş günləri – Növbəli
Xahiş olunur, CV-lərinizi aşağıdakı e-mail ünvanına göndərəsiniz (yalnız elektron ərizələr nəzərdən keçiriləcək):
cv@sosushaqkendleri.az
CV-lərin son göndərilmə tarixi 05. Fevral 2012-ci il
Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Məsləhətçi ” yazmağınız xahiş olunur.
“SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS
Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.
Attachments
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
