Məzmuna keç

    Müraciət müddəti bitib (2/5/2012). İdarəetmə: 93 açıq vakansiya

    Vakansiya

    Gencler Evinin Lideri

    1/17/2012Son tarix: 2/5/2012Baku, Azerbaijan

    Əlavə olunmuş sənəddən

    [pic] İŞ ELANI “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğının göstərilməsi, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri,QMQL, bundan başqa Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələri uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 15 yaşa çatdıqda Gənclər Evinə köçürlər və burada yarımmüstəqil və müstəqil həyata hazırlaşırlar. Gənclər Evi layihəsinin başlıca məqsədi gənclərin fərdi inkişafını təmin etmək, gənclərin müstəqil həyata hazırlanması istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası III Gənclər Evinin Lideri vəzifəsinə elan verir. Işin təsviri Gənclər Evinin Lideri gənclərin fərdi inkişafının dəstəklənməsi, onların müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa qayğı modeli çərçivəsində gənclər üçün müxtəlif fəaliyyət növləri təşkil edir və effektiv komanda yaradaraq, onunla birlikdə bu fəaliyyətləri həyata keçirir. Lider Gənclər Evinin idarə edilməsi və malliyyə hesabatlarının hazırlanmasına görə birbaşa cavabdeh şəxsdir. Iş şərtləri ← Əmək haqqı – 750 AZN (qross) ← İş yeri – Bakı ş. ← İş günləri – 5 gün Meyarlar Mütləq • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində ali təhsil • Pedaqoji, psixoloji və ya sosial iş sahəsində iş təcrübəsi - ən azı 5 il • QHT sektorunda iş təcrübəsi (proqramların idarəetməsində təcrübəsi olanlara üstünlük verilir) • Gənclərlə iş təcrübəsi • Əlavə peşəyönümlü təhsil (təlimlər, seminarlar) • Liderlik qabiliyyəti • Monitorinq və qiymətləndirmə bacarıqları • Yüksək ünsiyyət bacarığı • Büdcə idarə etmə bacarığı • Layihə yazma və idarə etmə bacarığı • Təşkilatçılıq və planlaşdırma bacarıqları • Komandada işləmək bacarığı • Kompyuter savadı (MS Office) • Azərbaycan dili - əla, ingilis dili–yaxşı, rus dili - orta Arzu olunan • Yüksək motivasiya • Çeviklik • Stressə davamlılıq Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "GE Lider" yazasınız. Müraciətlərin qəbulunun son tarixi 05 Fevral 2012-ci il.
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Əlavələr (1)

    Oxşar vakansiyalar — İdarəetmə

    Bütün 93 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan