Skip to content

    Application period has ended (1/4/2012). Marketing & Sales: 136 open vacancies

    Vacancy

    Fandreyzinq ve Marketinq uzre mutexessis

    1/2/2012Deadline: 1/4/2012Baku, Azerbaijan

    From the attached document

    İŞ ELANI Fandreyzinq və Marketinq üzrə mütəxəssis “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Fandreyzinq və Marketinq üzrə mütəxəssis vəzifəsinə elan verir. Öhdəliklər • Sponsor və donorları cəlb etmək məqsədilə müxtəlif fandreyzinq tədbirləri təşkil etmək • Fandreyzinq biznes-planı və büdcəsini hazırlamaq • SOS brendinin ictimaiyyətdə yayılmasını təmin etmək • Mütəmadi olaraq marketinq araşdırmalarını aparmaq • Qrant təkliflərini hazırlamaq • Layihələrdə fandreyzinq tədbirlərinin monitorinq və qiymətləndirməsini aparmaq • Effektivliyi və məqsədəuyğunluğuna görə FR alətlərini araşdırmaq və təkmilləşdirmək • FR kampaniyaları üzrə geniş məlumat bazasını yaratmaq (ianələrin məbləği, sponsorlar, təşəkkür məktubları və s.) • Donorlarla uzunmüddətli əlaqələrin saxlanmasının təmin etmək • Ölkədə FR vəziyyəti ilə bağlı bazar araşdırması aparmaq Minimum bilik, səriştə və keyfiyyətlər • Biznes idarəetməsi, marketinq, iqtisadiyyat və ya fandreyzinq sahələrində ali təhsil • Fandreyzinq, marketinq və satış sahəsində ən azı 3 illik iş təcrübəsi • Fandreyzinq imkanlarını müəyyənləşdirmək və dəyərləndirmək bacarığı • Əla şıfahi və yazılı ünsiyyət bacarıqları • Təqdimetmə bacarıqları • Strateji planlaşdırma, büdcələmə, təhlil və qiymətləndirmə sahələrində təcrübə • Nəticəyə yönəliklik • Uzunmüddətli əməkdaşlığa hazırlıq • Azərbaycan və İngilis dilləri biliyi (yazılı və şifahi) – sərbəst • MS Office, həmçinin Power Point Programı biliyi • Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı • Son tarixləri izləmək bacarığı Üstünlük verilən meyarlar • Sponsorluq işində təcrübə • QHT sektorunda təcrübə • Biznes, reklam, yayım və media dairələrində əlaqələr Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır): cv@sosushaqkendleri.az Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "FR" yazasınız. Ərizələrin göndərilməsinin son tarixi 5 yanvar 2012-ci il. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.
    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    View Company Profile

    Share

    Attachments (1)

    Similar vacancies — Marketing & Sales

    All 136 vacancies

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements