Əlavə olunmuş sənəddən
[pic]
İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın
Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının nəzdində fəaliyyət göstərən
Uşaq İnkişaf Mərkəzi
Uşaq İnkişaf Mərkəzinin rəhbəri
vəzifəsinə elan verir.
Iş şəraiti
• Tam məşğulluq (müvəqqəti)
• Ərazi – Bakı şəhəri
• Əmək haqqı – qross 388 AZN
Əsas vəzifə öhdəlikləri:
• UİM-də Assosiasiyanın müxtəlif layihələrindən olan eləcə də aztəminatlı ailələri uşaqları üçün müxtlif məşğələlər təşkil etmək, dərnəklərin fəaliyyətinə rəhbərlik etmək
• UİM-ə cəlb olunan uşaqların ehtiyaclarının müəyyənləşdirilməsi, uşaqların maraq dairələrinə və yaş qruplarına görə koplekləşdirilməsi
• Uşaqları müxtəlif baxcarıqlarını inkişaf etdirmək üçün xidmət müqaviləsi əsasında mütəxəssislərin və könüllülərin UİM-ə cəlb olunması
Tələb olunan meyarlar
• Pedaqoji, uşaq və gənclərlə ən azı 3-4 il iş təcrübəsi
• Ünsiyyətcil, komandada işləmə bacarığı
• Sosial və təşkilatı bacarıqlar
• Uşaq hüquqları və müdafiəsi haqda məlumat
• Ölkədəki uşaq hüquqları və sosial sistem haqda məlumatlılıq
• Təşkilatçılıq və planlaşdırma bacarıqları
• Çeviklilik, praktik həyat bacarıqları
• Dözümlülük və səbrlilik
• Konfliktin, stressing və böhranın idarə edilməsi bacarığı
• Şəxsi inkişaf istəyi
• Ingilis dili biliyi
Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):
officebaku@sosushaqkendleri.az
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "UİM rəhbər" yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 10 noyabr 2011-ci il
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.
SOS Uşaq Kəndləri Azərbaycan
435 elan
Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili