Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Aile Esasli Qaygi Praqramlarinin Insan Resurslarin Inkisafi uzre Meslehetci

    10/11/2011Deadline: 10/17/2011Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Milli Ofisi Ailə Əsaslı Qayğı Praqramlarının İnsan Resursların İnkişafı üzrə Məsləhətçi vəzifəsinə elan verir.

    Iş şəraiti
    • Tamam məşğulluq
    • Ərazi – Bakı şəhəri
    • Əmək haqqı – qross 900 AZN (vergi ilə birgə)

    Ailə Əsaslı Qayğı Praqramlarının İnsan Resurslarının İnkişafı üzrə Məsləhətçi uşağa qayğı göstərən açar işçilərin işə götürülməsi və peşəkar inkişafına dair standartların yerinə yetirilməsində İnsan Resursları üzrə Menecerə kömək edir. Uşağa qayğı göstərən açar işçilərin işə götürülməsi ilə bağlı standartları hazırlayır, yerli işəgötürmə prossesini və sənədləri təşkilatın kontinental standartlarına uyğunlaşdırır, Uşağa qayğı göstərən açar işçilər üçün nəzəri və praktik təlimləri təşkil edir, fəaliyyət qiymətləndirməsi söhbətlərinin icrasına nəzarət edir, SOS Ana / xalaların karyerasının yekunlaşması işini Ailə Əsaslı Qayğı üzrə Məsləhətçi ilə birgə təşkil edir.

    Tələb olunan meyarlar

    • İnsan resusrları (əsasən işçilərin təlimi, işəgötürmə, profilləşmə, fəaliyyətin idarə edilməsi) üzrə iş təcrübəsi (minimum 3 il)
    • Layihə idarəetməsi, planlaşdırması və monitorinqi sahəsində bacarıqlar və təcrübə
    • Uşaq hüquqları sahəsində biliklər
    • Konseptual sənədləri hazırlamaq bacarığı
    • Prosseslərin keyfəyyətinə nəzarət etmək bacarığı
    • Proqramların İdarəedilməsi sahəsində iş təcrübəsi
    • Təşkilatı dəyişikliklər prosesində təcrübə
    • Pedaqoji sahədə iş təcrübəsi arzu olunandır
    • QHT-lərdə iş təcrübəsi
    • Liderlik bacarıqları, təşəbbüskarlıq
    • Yaxşı ünsiyyət bacarıqları
    • Komanda yaratmaq və idarəetmək bacarığı
    • Strateji düşünmə bacarığı
    • Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilmək (yazılı və şifahi)
    • Kompüter bacarıqları

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "HRD FBC" yazasınız.

    CV-lərin göndərilməsinin son tarixi 17 Oktyabr 2011-ci il

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?