İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan”
Sumqayıt Ailələrə Dəstək Layihəsinə sosial işçi
vəzifəsinə elan verir.
Öhdəliklər
• Uşaqları atılma riski altında olan ailələrlə
sosial işin aparılması
• Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf
planlarını hazırlamaq
• Ailələrin fərdin inkişaf planlarının yerinə
yetirilməsinə nəzarət etmək
• Hədəf qrupunun layihəyə cəlb olunmasında
iştirak etmək
• Əsas tərəfdaşlarla əməkdaşlıq
etmək
Iş şəraiti
• Tam məşğulluq
• Ərazi – Sumqayıt şəhəri
• Əmək haqqı – qross 756.80 AZN
Mütləq meyarlar:
• Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq
sahəsində ali təhsil
• Bu sahələrin birində 1-3 illik iş təcrübəsi
• Həssas, o cümlədən, aztəminatlı ailələrlə
işləmək istəyi və bacarığı
• Sosial və təşkilati bacarıqlar
• Yüksək ünsiyyət bacarığı, o cümlədən,
dövlət qurumları ilə əlaqə saxlamaq qabiliyyəti
• Fərdi və komandada işləmək istəyi və
bacarığı
• Çevik iş qrafikində çalışmaq bacarığı
• QHT sektorunda iş və ya könüllülük təcrübəsi
• Könüllü kimi iş təcrübəsi
• MS Office bilikləri
Əlavə meyarlar:
• Sərbəst Azərbaycan və rus dili biliyi
• Uşaq hüquqları haqda məlumatlılıq
• Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
• Orta ingilis dili biliyi
• Sürücülük vəsiqəsi
Uyğun namizədlər öz CV-lərini aşağıdakı
e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sumqayıt sosial ishchi" yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 15 sentyabr 2011-ci il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.

435 announcements