Skip to content

    Application period has ended (9/20/2011). See open vacancies

    Vacancy

    Social worker ( Sosial isci )

    9/6/2011Deadline: 9/20/2011Baku, Azerbaijan

    Description

     

    İŞ ELANI

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

    “SOS Uşaq Kəndləri-Azərbaycan”

    Bakı Ailələrə Dəstək Layihəsinə sosial işçi
    vəzifəsinə elan verir.

    Öhdəliklər

    • Uşaqları atılma riski altında olan ailələrlə sosial işin aparılması
    • Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq
    • Ailələrin fərdin inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək
    • Hədəf qrupunun layihəyə cəlb olunmasında iştirak etmək
    • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək

    Iş şəraiti

    • Tam məşğulluq
    • Ərazi – Bakı şəhəri
    • Əmək haqqı – qross 756.80 AZN

    Mütləq meyarlar:

    • Pedaqogika, psixologiya, sosial iş və ya hüquqşünaslıq sahəsində ali təhsil
    • Bu sahələrin birində 1-3 illik iş təcrübəsi
    • Həssas, o cümlədən, aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı
    • Sosial və təşkilati bacarıqlar
    • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə saxlamaq qabiliyyəti
    • Fərdi və komandada işləmək istəyi və bacarığı
    • Çevik iş qrafikində çalışmaq bacarığı
    • QHT sektorunda iş və ya könüllülük təcrübəsi
    • Könüllü kimi iş təcrübəsi
    • MS Office bilikləri

    Əlavə meyarlar:

    • Sərbəst Azərbaycan və rus dili biliyi
    • Uşaq hüquqları haqda məlumatlılıq
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
    • Orta ingilis dili biliyi
    • Sürücülük vəsiqəsi

    Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
    (yalnız elektron ərizələr nəzərə alınır):

    [email protected]

    Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "sosial ishchi" yazasınız.

    CV-lərin göndərilməsinin son tarixi 20 sentyabr 2011-ci il.

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imlanları yaradır.

    www.soschildren.az

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.

    View Company Profile

    Share

    More from SOS Uşaq Kəndləri Azərbaycan

    All 435 announcements