İŞ ELANI
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razlaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial və təhsilyönümlü layihələr uğurla fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Milli Ofisi İnsan Resursları üzrə Mütəxəssis vəzifəsinə elan verir.
Iş şəraiti
• Tamam məşğulluq
• Ərazi – Bakı şəhəri
İnsan Resursları (İR) üzrə Menecer “Biz Kimik” strategiyasına, “Bizim İR İnkişafı Yanaşmamız”, “SOS Brendi”, “Uşaq Müdafiəsi Siyasəti”, “BİR Strategiya və İllik Milli Plan”-a uyğun olaraq Milli Direktora, Layihə rəhbərlərinə və İR ilə bağlı açar funksiyalar daşıyan işçələrə məsləhətlər verir, ümumi işə nəzarət edir. Milli Menecment Komandasının üzvü Bir Hərəkat strategiyasının lideri kimi İR Menecer milli planın yaradılmasında və yerinə yetirilməsində fəal iştirak edir. O İR departamentinin planının yerinə yetirilməsini, SOS-KD qaydalarının, siyasətlərinin, yanaşmasının və strategiyasının düzgün tətbiq olunmasını təmin edir.
İR Menecer bütün inzibati işlərin milli və əmək qanunvericiliyinə həmçinin SOS-in daxili qaydalarına tam uyğun aparılmasını təmin edir.
O İR üzrə Kontinental Direktor ilə davamlı əməkdaşlığı və təcrübə mübadiləsini təmin edir. O kontinentdə fəaliyyət göstərən İR menecerlərin Kontinental İR şəbəkəsinin üzvüdür.
Tələb olunan meyarlar
• İnsan resursları idarəetməsində, social iş
sahəsində, pedaqoji, psixoloji və ya hüquq sahəsində
ali təhsil (magist dərəcəsinə üstünlük
verilir).
• İnsan resursları idarəetməsi sahəsində
ən azı 3 il təcrübə
• QHT-lərdə iş təcrübəsi
• Layihə idarəetməsi, planlaşdırması və
monitorinqi sahəsində bacarıqlar və təcrübə
• Büdcə hazırlamaq təcrübəsi və maliyyə
idarəetməsi sahəsində biliklər
• Uşaq hüquqları sahəsində biliklər
• Liderlik bacarıqları
• Yaxşı ünsiyyət bacarıqları
• Komanda yaratmaq və idarəetmək bacarığı
• Strateji düşünmə bacarığı
• Azərbaycan və ingilis dillərini əla səviyyədə
bilmək (yazılı və şifahi)
• Kompüter bacarıqları
Uyğun namizədlər öz CV-lərini aşağıdakı
e-mail ünvanına göndərə bilərlər
(yalnız elektron ərizələr nəzərə alınır):
Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "HR Manager" yazasınız.
CV-lərin göndərilməsinin son tarixi 5 Sentyabr 2011-ci il
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

435 announcements